AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan gəlmiş 5 min Ərbəin zəvvarı Ərdəbildə qarşılanıb

İmam Hüseyn (ə) Ərbəini günlərində Kərbəlaya getmək məqsədilə Azərbaycan ölkəsindən 5 min zəvvar Seyid Sədrəddin İmamzadəsinə gəlmişdir.

Qafqaz Mədəniyyət Mərkəzi – İmam Hüseyn (ə) Ərbəini günlərində Kərbəlaya getmək məqsədilə Azərbaycan ölkəsindən 5 min zəvvar Seyid Sədrəddin Ərdəbili İmamzadəsinə gəlmişdir.

Arzuları İmam Hüseynin (ə) məzarını ziyarət etmək olan gözləri yaşlı azərbaycanlı zəvvarlar artıq Ərdəbilə çatıblar. Onlar Ərbəin yürüşündə piyada iştirak etmək niyyətindədirlər.

Azərbaycandan gəlmiş Ərbəin zəvvarlarına xidmət onların qayıtdığı vaxta kimi davam edəcək

Seyid Sədrəddin Ərdəbili İmamzadə mokəbinin (heyətinin) məsulu deyib: “Seyid Sədrəddin Ərdəbili İmamzadəsi mokəbi Ərdəbilin Vəhdət meydanında qurulmuşdur. Mokəbdə Azərbaycan ölkəsindən gəlmiş 5 mindən çox zəvvara xidmət göstərilir”.

Şahbaz Nobəxt azərbaycanlı zəvvarları Kərbəlaya göndərmək üçün 127 avtobusun işə alındığını vurğulayaraq deyib: “Seyid Sədrəddin Ərdəbili İmamzadəsində Azərbaycandan gəlmiş zəvvarların qarşılanması və məskunlaşması yaxşı səviyyədədir”.

O əlavə edib: “İmam Hüseyn (ə) zəvvarlarına evsahibliyi etdiyimiz üçün onlara xidmət göstərməyi də özümüzə böyük iftixar bilirik.

Zəvvarların qarşılanması və Seyid Sədrəddin İmamzadəsində onların yerləşdirilməsi, Ərbəindən sonra da zəvvarların ölkələrinə qayıdacağı vaxta kimi davam edəcəkdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button