ArxivXəbər lentiXəbərlər

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralanan var – FOTOLAR

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində yanğın olub.

qafqaz.ir apa.az istinad xebere gore. Hadisə dünən rayonun Boyad kəndində baş verib. Yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Yanğın çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.

Partlayışda ölən və yaralananın kimliyi məlum olub. Hadisə zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button