ArxivXəbər lentiXəbərlər

Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər…

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. “Qafqazinfo” xəbər verir ki,  bununla bağlı o  “Ezik kareoqrafi”  adlı köşəsində  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb.

 qafqaz.ir  rakurs.tv-ya istinad xebere gore .Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub.  Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

 Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan  qeyd edib ki, yazı saytdan silinib: “Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.

 O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: “Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”.

 Qeyd edək ki,  tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda “Sabah” qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button