ArxivIslamXəbər lentiXəbərlər

Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Almaniyanın Tehrandakı səfiri Maykl Klor-Berxtold İran xalqının qonaqpərvərliyi haqqında Twittler-də açıqlama verib.

Qafqaz.ir ABNA-ya istinadən xəbər verir ki, səfir Maykl Klor-Berxtold şəxsi Twitter səhifəsində belə qeyd edib: “İranın hər tərəfində olduğu kimi bu dəfə də İran xalqı qucaqlarını mənə açaraq, İmam Rzanın (ə) hərəmində mənə xoş gəldin dedilər. Bu mənim Məşhədə ilk səfərim idi, İmam Rzanı (ə) ziyarət etdim, burada hərəminin və zəvvarlarının atmosferindən həddindən artqı təsirləndim.

Bura İmam Rzanın (a.s) şəhəridir və iranlılar üçün xüsusi bir yeri vardır. Burada olmaqda hədəfim bu şəhərin ənənələrini tanımaq və əlaqələrin genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Heç şübhəsiz Məşhəd şəhəri İranın ən mühüm şəhərlərindəndir və Almaniyanın ikitərəfli əlaqələri dərinləşdirib genişləndirməsi əsas hədəflərindəndir”.

Almaniyanın səfiri daha sonra belə qeyd edib: “İmam Rzanın (ə) stadionunu gəzmək və bu şəhərin “Qara Camegan” və “Pedide Məşhəd” kimi futbol komandalarını tanımaq çox yaxşıdı. Bu şəhərin futbol komandasının rəhbərləri ilə keçirilən görüşlərdə gələcəkdə əməkdaşlıqlarının artırılması məsələsində səy olunacaq.

Səfir Məşhəd ziyarətində Böyük Xorasan Muzeyini və İmam Rzanın (ə) hərəminin müxtəlif yerlərini gəzib və Məşhədin qubernatoru ilə də görüşüb.

 

Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniyanın Tehrandakı səfiri İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button