AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Xamanei: “Uşağınıza azərbaycanca öyrədin” – VİDEO

İranın Ali Lideri Ayətullah Xamanei azərbaycanlı qadına uşağına türk (Azərbaycan) dilini öyrədməsini tövsiyə edib.

Qafqaz.ir  “Sputnik”-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə İran dini lideri Ayətullah Xamaneinin kiçik bir uşaqla söhbət etdiyi videogörüntü əks olunub. Görüntüdə uşağın Seyid Xamaneiyə üstü yazılı kağız göstərdiyi görünür. Kağıza baxan Xamanei isə uşağa fars dilində bir neçə sual verir. Sonra da azərbaycanca “Maşallah. Sən türksən ya fars?”-, sualına yönəldir.

Suala cavab verən uşağın anası, övladının türk olduğunu, ancaq türk dilini bilmədiyini qeyd edib. Əslən azərbaycanlı olan Ayətullah isə “məktəbdə və küçədə fars dili öyrədilir. Siz də evdə türkcə öyrədin, hər ikisini də bilsin”,- cavabını verib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button