ArxivXəbər lentiXəbərlər

“Necə olur uşaqlar məcbur məktəbə aparılanda hüquqları pozulmur, məscidə gələndə pozulur?”

Çox uzun yazıb gözlərinizi yormayacam…Sadəcə vicdanım bu olaylardan narahat olduğu üçün fikir bildirmək məcburiyyətində qaldım.

Deyir jurnalistin hansısa mövzuda mövqe bildirməsi yanlışdır. Lakin bəzən mən bununla razılaşa bilmirəm. Axı necə ola bilər erməni günahsız Zəhralarımızı öldürüb, Qoşqarlarımızı yaralı buraxsın mən bunu soyuqqanlı qarşılayım? Eyni zamanda mənim əqidəmə təhqir etsinlər buna göz yumub, qulaq tutum? Mənim əqidəm mənim Allahım, atam və anam qədər mənə müqəddəsdir. Kim valideyninin təhqir edilməsinə göz yuma bilər? Düşünürəm qarşındakına təhqirlə deyil, mədəni, sənə dininin və əqidənin öyrətdiyi şəkildə cavabını verib üzr istətdirmək olar.

Bildiyimiz kimi artıq 10 gündən çoxdur ki, Məhərrəm ayı daxil olub. Bu ay daxil olar olmaz bir çoxları həmişəki kimi yaman narahat olmağa başlayıblar. Təbii ki, heç vaxt görmədikləri mehribançılıq, səmimiyyət və birliyi bir nəfərin bacardığını qəbul etmək çətin gəlir. Bu eqoistlikdən başqa bir şey deyil. İndi bunlar guya  məscidlərə əzadarlığa (yas saxlamağa) gətirilən uşaqlara görə, narahat olurlar.  Həmin insanlara demək lazımdır o, uşaqlar həyatda heçnədən təcrid olunmayıb. Ömrləri çarşabda keçmir. Hər mühitə görə, yaşayır, yeyib-içir və gəzib oynayırlar. Deyirsiniz uşaqlara hicabı məcbur geyindirirlər və onların fikirlərinə hörmət qoyulmur. Məgər bağçaya, məktəbə yaxud da həkimə gedərkən onların fikirləri öyrənilir? Xeyr! Çünki o yaşda uşaq nəyin pis, nəyin yaxşı olduğunu hələ dərk etmir. Onun gələcəyi üçün nəyin yaxşı olduğunu valideyni daha yaxşı bilir. Nə oldu, məktəbə məcbur aparılanda uşaqların hüquqları pozulmur, onların fikirləri sorulmur, məscidə gələndə bütün haqq-hüquqlar yada düşür? Uşaq özünü dərk edənə qədər valideynlər onun xeyrinə olan hər yerə məcbur apara bilər. Bu istər məktəb, istər bağça istərsə də məscid olsun.  Nə məktəbdən, nə də,  Aşuraya gedən uşaqlardan pislik gələr.

Dindən kimsəyə ziyan gəlməz, üstəlik Əhlibeytdən!. O, uşaqların günü çadrada keçmir. Eyni zamanda hər gün qız uşaqlarını çılpaq küçəyə buraxanlara gedib “uşağını niyə belə geyindirsən”- deyə soruşurlarmı? Xeyr, soruşmurlar. O zamanda ildə bir dəfə övladına hicab geyindirənlərlə də kimsənin işi olmasın…

Siz kimi aldadırsınız? İndi də öz məkirli siyasətinizi, dindarla hakimiyyət qarşıdurmasını körpələr üzərindən həyata keçirtməyə çalışırsınız? Açın, möhürlü qəlblərinizin, xainlikdən tutulmuş gözlərinizi və qulaqlarınızı. Bilin ki, siz plan hazırlasanız da Allah ən gözəl plan tökəndir. Bunu sıradan kimsə yox,  Quran ayəsi deyir.

Əgər belə uşaq hüquqlarını qoruyursunuzsa, onlara canınız acıyırsa, gedin ermənidən öldürülən körpələrimizin qisasını alın. Ölkədə maddi sıxıntılardan uşaq bağçasına, orta məktəbə gedə bilməyən və bununla təhsil hüququ əlindən alınan bilirsiniz nə qədər uşaq var? Niyə birinin dərdiylə maraqlanmırsınız? Amma məscidə gətirilən uşaqların gələcəyindən narahatsınız? Əgər siz həqiqətən vətəni, millətini sevən olsaydınız, yuxarıda sadaladığım problemləri həll edərdiniz. Gəlin sizə bir faktı deyim. Bir neçə gün öncə 8 uşaqlı ailənin məktəbdən tapşırılan iş dəftəri almağa pulu yox idi. Uşaqların anası ağlaya-ağlaya zəng vurub dəstək istədi. O pulu xeyirxah, məscidə imam Hüseyn (ə) üçün əzadarlığa gedən bir insan ödədi. Dedi razı olmaram bizim gələcəyimiz təhsilsiz qalsın. Baxın, dindar istəmir uşaqlar təhsilsiz qalsın. Siz isə dünyəvi, ali savadlı üstəlik səlahiyyətli biri olaraq bir dəfə olsun imkansızlıqdan  təhsildən yayınan uşaqların həyatı ilə maraqlanmırsınız. Bəlkə də dərdiniz uşaqların məscidə getməsinə qadağa qoymaqdır. Sadəcə bəhanələr axtarırsınız. Siz bəhanə axtarmağınızda olun. Buna zahirdə nail ola bilərsiniz. Amma daxili olaraq kimsənin qəlbində bəşərin ən ağır faciəsini, imam Hüseyn eşqini unutdura bilməyəcəksiniz. Deyirsiniz məscidlərə gedib, İmam Hüseyn (ə) matəmini qeyd edən yanlız savadsız təbəqədir. Mən isə sizə çox uzağa getmədən öz ölkəmizin nüfuzlu, öndə gedən insaların imama matəm saxladığını xatırlatmaq istərdim. “Biz ulu öndər Heydər Əliyevin” (Allah rəhmət etsin) “yolunu gedənlərdənik”- deyirsiniz. Amma deyəsən məscidə əzadarlıq məclislərinə getdiyi yollara hörmətsizlik edirsiniz. Etməsəydiniz bu gün gülünc danışmazdınız. Heydər Əliyev kimi şəxs imam Hüseynə (ə) ehtiram olaraq) Aşura məclisinə qatılıb, müsəlmanlara baş sağlığı (həmin videonu aşağıda izləyə bilərsiniz) verir. İndi siz daha ağıllısınız? İnsanların dini dəyərlərinə hörmət etməyi bacarmırsınızsa, ona dil də uzatmayın. Bu gün məscidlərdən narkoman çıxmayıb. Amma nədənsə daha güvəncli bildiyimiz bir çox təhsil müəssisələrindən əxlaqsızlıq, zorlama, oğurluq, cinayət və digər pis vərdişlərin “qəhrəmanları” çıxır. Çünki məscidin adında bir ehtiram, Allah qorxusu var. Orada tərbiyə, əxlaq, dövlətə faydalı insanlar olmaq üçün xütbələr edilir. Azmı eşitdiniz məscidlərdə şəhadətin zirvəliyindən olunan söhbətləri? Məgər vətən, torpaq uğurunda canından keçməyi məscidlərdə öyrətmədilərmi? Mübariz İbrahimov, Fərid Əhmədov və  Mahir Mirzəyev kimi bir çox şəhid qəhrəmanlarımızın valideynləri özləri deyir onların hələ az yaşlarından məscidlərdə ibadət etdiklərini. Necə olur ki,  sizin bu gün rahat yaşamağınıza, dövlətimizin əmin-amanlıq içərisində olmasına səbəbkar olan müqəddəs şəhidlərimiz məscidə gedib sonu qəhrəmana çevrilə bilir, bu günki azyaşlılar kamikadze olur yaxud da böyük təhlükə? Sizin o şəhidlərin ruhuna hörmətiniz varsa onları bu sözlərinizlə narahat etməyin. Buraxın, hz Məhəmməd (ə.s) peyğəmbərimizin qonşuluğunda öz cənnətlərində rahat uyusunlar….

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor

Görüntünün olası içeriği: 1 kişi, ayakta, çocuk, ayakkabılar ve açık hava

Xatun Etibarqızı

Hədəf14.az 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button