Aktual

Planda Azərbaycanın yükü daha ağırdır

Zeev Elkin verdiyi təlimatlarda sionist səfirlərə tapşırıb ki, işlədikləri ölkələrdə hakimiyyətləri İsrailin planından irəli gələn tələbləri yerinə yetirsinlər əvəzində isə sionist rejimi bu ölkələrə hərbi, texniki, maddi və texnoloji dəstək verəcək.

965659_530062433737906_572492300_o

Noyabrın 4-də mətbuatda yer alan bir yazıda İsrailin Azərbaycan və İrana qonşu oln digər ölkələr üzərindən İslam Respublikasına qaşrı planından bəhs edir.
Bu mövzuda Azərbaycan mətbuatı çox nadir halda bəhs edir, ya da umimiyyətlə susur, Eynulla Fətullayevə yaxınlığı ilə seçilən bu saytın İsrailin Azərbaycanı İrana qarşı istifadə etməsi haqqındakı mövzuya müraciət etməsi özü gözlənilməz oldu.
Yəqin Fətullayevin əliyev rejiminə nə qədər yaxın olmasını bilməyən yoxdur və bir halda ki, hətta Eynullanın rəhbərlik etdiyi saytda bu barədə yazılırsa deməli vəziyyəti artıq zarafata salmaq olmaz.
Həmin yazıdakı iddialara görə İsrail xarici işlər nazirinin müavini Zeev Elkin Gürcüstanın paytaxtı Tiflisə gələrək orda İranla qonşu olan ölkələr – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda olan sionist rejiminin səfirlərini toplayaraq İrana qarşı zərbələrin planını təqdim edib.
Sionist diplomatlar İrana qarşı ilk olaraq İslam Respublikasına diplomatik zərbələri müzakirə edib, ancaq belə məlum olur ki, sionistlərin planları təkcə diplomatik həmlələrlə məhdulaşmayacaq, əksinə diplomatik hücumlar böyük planın başlanğıcıdır.
Həmin yazıda diqqəti cəlb edən ilk məqam bundadır ki, İranla ABŞ arasında münasibətləridəki buzların əriməsini İsrail həzm edə bilmir, çünki bu halda ABŞ-ı İrana qarşı hücum etmək üçün təhrik etmək çətinləşir.
Bizim oxucularımız üçün bu yeni mövzu deyil, müxtəlif zamanlarda bu barədə bəhs etmişdik, hamı susanda biz o barədə yazırdıq, görünür indi vəziyyət o həddə gəlib çatıb ki, artıq əliyev rejiminə yaxınlığı seçilən Eynulla Fətullayev də diqqəti bu məsələyə yönəldib.
Zeev Elkin verdiyi təlimatlarda sionist səfirlərə tapşırıb ki, işlədikləri ölkələrdə hakimiyyətləri İsrailin planından irəli gələn tələbləri yerinə yetirsinlər əvəzində isə sionist rejimi bu ölkələrə hərbi, texniki, maddi və texnoloji dəstək verəcək.
Azərbaycanın bu planda yükü daha ağırdır, belə ki, əliyev rejimi İranda yaşayan azərbaycanlılar kartından da istifdə etməli, onlarla İran hakimiyyətini qarşı qarşıya qoymalıdır. O da məlumdur ki, yükün ağırlığı İlham Əliyev hakimiyyətini narahat etmir.
Bunun görüntüləri də mövcuddur, hər gün Azərbaycan KİV-də, xüsusilə hakimiyyətə xidmət edən hakim, müxalif və müstəqil mətbuatda yayılan xəbərlərdə məlumatlar cəmiyyətə elə çatdırılır ki, guya İranda azərbaycanlılara qarşı bir önyarqı var, onların heç bir hüququ gözlənilmir.Sözsüz ki, məsələ tək bununla bitmir, burda əsas önəmli amillərdən biri də İsrailin Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində İrana qarşı istifadə etməsi üçün burdakı aerodromlar və digər hərbi bazalardan yararlanması da yer alır.
Digər bir maraqlı məqam burasındadır ki, İsrailin İrana qonşu olan Ermənistandakı səfiri Şmuel Meirom toplantıya dəvət almayıb. Bunun yeganə səbəbi ondadır ki, İsrail anlayır ki, Ermənistan hakimiyyətini İrana qarşı kökləyə bilməyəcək, Ermənistandan İrana qarşı istifadə edə bilməyəcək.
Təəccüblü olan da budur, çünki gecə gündüz Azərbaycan mətbuatı Ermənistanın digər ölkələrin əlində alət olduğunu yazır, ancaq bu mövzuda Ermənistan İsrailin əlində alət olmadı.

 islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button