ArxivIslamXəbər lentiXəbərlər

Hacı Şahin Həsənli İmam Hüseyn (ə) məclisində aktual mövzulara toxundu

O, sosial şəbəkələrin mənfi tərəfindən danışarkən həmçinin əminliklə bildirib ki, əksəriyyət status yazıb like yığmaqla məşğuldur.
Məlum olduğu kimi artıq üçüncü gündür ki, Məhərrəmlik ayı daxil olub. Bununla əlaqədar matən ayının ilk 10 günündə ardıcıl olaraq paytaxt məscidlərində, eləcə də bölgələrdə İmam Hüseyn (ə) məsclisləri təşkil edilir.
qafqaz.ir İslamazeri.com-a verdiyi   xəbər  gore, dünən Bakının “Məşhədi Dadaş” məscidində keçirilən əzadarlıq mərasimində ilahiyyatçı Hacı Şahin Həsənli aktual məsələlərə toxunub.
İlahiyyatçı bildirib ki, belə məclislərin əsasını məhz əzadarlıq və sinə vurma hissəsi təşkil edir. O, dini söhbətdən sonra məscidi tərk etməyin əleyhinə olduğunu qeyd edib və bunu yeni dəb adlandırıb.
Hacı Şahin Həsənli həmçinin “Quran oxumaqdansa, ona əməl etmək lazımdır” kimi fikirlərin şeytanın vəsvəsəsi olduğunu bildirib:
“Nəyə görə “oxumaqdansa” deyilir? Quranı həm oxumaq, həm də ona əməl etmək olar. Məsələn, bəziləri deyir ki, Quranı ərəb dilində oxumaqdansa, öz dilimizdə oxuyaq. Hər iki dildə oxumaq yaxşı olar”.
Din xadimi həcc ərəfəsində “Həccə getməkdənsə, kasıblara əl tutmaq lazımdır” fikirləri ilə də razılaşmadığını deyib. O, zəruri hallar istisna olmaqla eyni zamanda hər ikisinin həyata keçirməyi düzgün hesab edib.
İlahiyyatçı çıxışında sosial şəbəkələrdə yazılan mövzulardan da söhbət açıb. O, sosial şəbəkələrin yaxşı tərəfləri ilə yanaşı, bunun əks tərəflərinin də olduğunu bildirib: “Burada hamının fikir bildirmək imkanı olduğundan yanlış düşüncələr də təbliğ edilir. Bir nəfər yazıb ki, “Təəssüflər olsun, İmam Hüseynin yaraları bizə təbliğ edilir”. Bu, görünüşcə gözəl görünür. Amma yanlış düşüncədir.”
Hacı Şahin Həsənli belə fikirlərin əleyhinə olduğunu vurğulayıb. O, həmçinin sosial şəbəkələrin mənfi tərəfindən danışarkən əminliklə bildirib ki, əksəriyyət status yazıb “like” yığmaqla məşğul olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button