AktualAktualArxivXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/İkinci gün

Məhərrəm ayının təqvimi

Qafqaz mədəniyyət mərkəziMəhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

İkinci gün
İmam Hüseyn (ə) 61-ci hicri ili, məhərrəmin 2-də, cümə axşamı günü Kərbəlaya daxil oldu. (1)
Seyyid ibn Tavus nəql edir: “İmam Kərbəlaya çatanda soruşdu: “Bu yerin adı nədir?” Kərbəla adını eşidən zaman buyurdu: “Bu yer bizim yerə endiyimiz, qanımızın töküldüyü və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir.” (2)
Bu günü Hürr ibn Yezid, Ubeydullah ibn Ziyada məktub yazaraq, onu imam Hüseynin (ə) gəlişindən xəbərdar etdi. (3)
Bu günü həzrət Əbu Abdullah (ə), Kufə əhlinə məktub yazır və həzrətin inandığı insanları öz gəlişindən xəbərdar etmək istəyir. Həzrət məktubu Qeys ibn Müsəhhərə verir ki, Kufəyə aparsın. (4) Ancaq zalımlar imamın cəngavər səfirini tutur və onu şəhid edirlər. Qeysin şəhadət xəbəri imama çatanda həzrət ağlayır və onun göz yaşı mübarək yanağına axır. Həzrət bu halda buyurur: “Allahım! Bizim üçün və biz Əhli-beytin (ə) davamçıları üçün Öz yanında uca bir məqam ver. Bizi onlarla bir yerdə Öz rəhmətində topla. Sən hər bir işə Qadirsən.” (5)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button