AktualAktualArxivXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Birinci gün

Qafqaz mədəniyyət mərkəzi– Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Birinci gün
Hicri-qəməri ilinin əvvəli və imam Hüseynə (ə) əzadarlıq günlərinin başladığı gün.
İmam Hüseyn (ə) 61-ci qəməri ilində belə bir gündə həftənin çərşənbə günü Kərbəla yaxınlığında yerləşən “Bəni Məqatil qəsri” düşərgəsinə çatdı. Burada çadır qurmuş bir qrup Kufə əhlini gördü. İmam onlardan soruşdu: “Mənə kömək etmək üçün gəlmisinizmi?” Onlardan bir dəstəsi ölmək istəmədiklərini, digər dəstəsi də çoxlu ailə-uşaqlarının olduğunu, camaatın əmanətlərinin onlarda olduğunu və bu döyüşün nəticəsinin nə olacağını bilmədiklərini bəhanə gətirərək, imam kömək edə bilməyəcəklərini dedilər.
Həzrət Əba Abdullahın (ə) karvanı su götürüb, gecə vaxtı yoluna davam etdi. İmam atın belində ikən azca yuxuladı. Yuxudan ayılıb istirca ayəsini (Biz Allahınıq və Ona tərəf qayıdacağıq) təkrar zikr etməyə başladı. Həzrət Əli Əkbər (ə) irəli gedib bunun səbəbini soruşdu. İmam buyurdu: “Mənim qarşımda bir atlı zahir olub dedi ki, bu qövm gecə vaxtı hərəkət edir və ölüm onları qarşılamağa gəlir.”
Əli Əkbər (ə) soruşdu: – Ata, haqq bizimlədirmi?
İmam buyurdu: – And olsun Allaha ki, haqq bizimlədir.
Əli Əkbər (ə) dedi: – Onda ölümün qorxusu yoxdur.
İmam buyurdu: – Allah sənə gözəl xeyir versin.
İmam Hüseyn (ə) bu düşərgədə Abdullah ibn Cofiyə buyurdu: “Əgər bizə kömək etmirsənsə, onda Allahdan qorx və bizə qarşı döyüşənlərdən olma. And olsun Allaha, hər kim bizim fəryadımızı eşitsə və bizə kömək etməsə, Allah onu üzü üstə cəhənnəmə atacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button