Aktual

Müsəlman motosikletçi xanımı siz də tanıyın – FOTO

İranlı motosikletçi xanımı siz də tanıyın.
qafqaz.ir İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Behnaz Şafii adlı motosikletçi müsəlman xanım qadınlar arasında keçirilən moto-yarışların ən yaxşı idmançılarından biridir. Behnaz, 2015-ci ildə Azadi stadionundakı yola çıxış üçün lisenziya əldə etmiş ilk qadın olduqdan sonra, məşhurluq qazanmağa başladı. Müsəlman xanım 114 pulsuz master-klass keçirib.
“Mən həmişə istəmişəm ki, qadınlar üçün motosiklet idmanı üzrə məktəb açım və qadınların Azadi stadionuna girişinə qoyulmuş qadağanı aradan qaldırım. Nəticədə də bu istəklərimə nail ola bildim. Aradan qaldırmağa çalışdığım növbəti qadağa isə moto-yarışlarda qadınların da iştirak etməsinə qoyulan qadağa idi. Buna da nail ola bildik: İdman nazirliyi 2016-cı ildə bu məsələ ilə bağlı rəsmi icazə verdi.”, – deyə xanım idmançı bildirib.
Qeyd edək ki, adıçəkilən xanım idmançı iranlıdır.
Müsəlman motosikletçi xanımı siz də tanıyın – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button