AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasından gəlmiş jurnalistlər elə düşünürdülər ki, Təbrizdə türkcə danışan həbs edilir

Təbriz Şəhər Teatrının ictimai əlaqələr bölməsinin müdiri Mehrdad Xoşkar Müqəddəm öz İnstaqram səhifəsində Təbrizdə “Paşa” tamaşasının nümayiş etdirilməsi və onun xüsusi qonaqları haqqında yazıb: 

 

“Təbriz Şəhər Teatrında Azərbaycan Respublikasının tanınmış televiziya kanallarının və mətbuatının jurnalist və müdirlərindən ibarət 10 nəfərlik bir qrup da iştirak edirdi. Tamaşanın əvvəlindən axırına kimi gözümü onlardan çəkmədim. Tamaşa başlamazdan əvvəl onların baxışları burada iştirak etməyə təfavütsüzlük və meyilsizliyi ifadə edirdi. Bəlkə də hansısa başqa bir proqramda bu hiss onlara üz vermişdi. Lakin teatr başlandıqdan bir neçə dəqiqə sonra onlar tamaşaya qərq olmaqdan əlavə, alqış, heyrət, sevinc və xəcalətlərini də gizlədə bilmirdilər!

Eşitdiyimə görə onlardan biri deyib: Bizə demişdilər ki, əgər bir kəs Təbrizdə türkcə danışsa, onu həbs edirlər. Amma Təbrizdə olduğumuz axrıncı gün təbrizli qəhrəman qadından bəhs edən maraqlı tarixi bir tamaşaya baxmağa getdik. Tamaşa türk dilində idi!

Kim buna inana bilər?! Bilirik ki, bir müddət fikirləri buna məşğul olacaq… Mən əminəm ki, bu tamaşa haqqında onların xatirələri müxtəlif görüşlərdə onlara verilən hədiyyələrdən daha səmərəli olmuşdur.

Kaş bizim məsullarımız bunu başa düşəydilər ki, digər xalqlarda təsir qoymaq və dünyada İran haqqında yaxşı təsəvvür yarada bilmək üçün heç bir şey mədəniyyət və incəsənətdən daha təsirli və daha aparıcı ola bilməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button