AktualAktualArxivXəbər lentiXəbərlər

Ermənistan sənaye tullantıları ilə Araz çayını çirkləndirməkdə davam edir

Ermənistanın sənaye tullantıları ilə Araz çayını çirkləndirməsi son illərdə diqqəti çəkən mühüm mövzulardan biri olmuşdur.
Qafqaz Mədəniyyət Mərkəzi – Araz çayının çirklənməsi məsələsi o qədər ciddidir ki, 2014-cü ildə o zamankı ekologiya naziri Məsumə Ebtekar bu məsələni açıq-aşkar vurğulayaraq dedi: “Bu məsələyə görə Ermənistan məsuliyyət daşıyır və Ermənistan dövləti bu çirklənməni aradan qaldırmaq üçün addım atmalıdır”.
Ərdəbil əyalətinin üç şəhərinin əhalisini içməli su ilə təmin edən Araz çayının çirklənməsi bir neçə ildir ki, dövlət məsulları və əhali arasında, ümumi dairələrdə və mediada mühüm bir mövzuya çevrilsə də indiyə kimi əsaslı bir iş görülməyib.
Ərdəbil əyalətinin ətraf mühitin qorunması idarəsinin müdiri Araz çayında vəziyyətin standartlardan aşağı olduğunu xəbər verərək deyib: “Araz çayının gigiyenik durumu standart ölçülərdən aşağıdır və bu barədə əsaslı qərar qəbul etmək lazımdır”.
Məhəmməd Xudapərəst jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Araz su anbarında olan nəzarət sistemləri vasitəsilə daimi olaraq nümunələr götürürük. Amma çayın vəziyyəti barədə məlumatları artırmaq üçün yeni nəzarət texnologiyalarından istifadə etmək lazımdır. Ərdəbil əyalətinin aidiyyatı orqanları sənaye tullantıları üzündən yaranmış problemi aradan qaldırmaq üçün Ermənistanın addım atacağını gözləməməlidir. Çünki hər dəqiqə və hər an sənaye tullantılarının artması səbəbinə çirklənmənin də səviyyəsi artır. Bu da əyalətin şimal bölgələrində ətraf mühit üçün təhlükə yaradır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button