AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Vəliyyi-fəqihin Ərdəbil üzrə nümayəndəsi: Vəhabilik qaşısında Azərbaycanın şiə alimlərinin potensiallarından istifadə edilməlidir

Vəliyyi-fəqihin Ərdəbil üzrə nümayəndəsi Azərbaycan Respublikasında vəhabiliyin təxribatçı hərəkətləri qarşısında bu ölkənin şiə alimlərinin potensiallarından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Qumda təhsil alan azərbaycanlı tələbələrə qarşı məhdudiyyətlər yaradılmasına işarə edərək deyib: “Vəhabilər Azərbaycan Respublikasında şiələrə qarşı təxribatçı hərəkətlərə yol verir və həqiqəti əks etdirməyən kliplər hazırlayırlar. Vəhabilik bu ölkədə şiələrə qarşı təxribatçılıq hərəkətləri etmək imkanı əldə etmişdir. Halbuki, bu ölkənin əhalisinin əsas hissəsini şiələr təşkil edir. Vəhabilərin bu hərəkətlərinə cavab vermək üçün alimlərə fürsət yaradılmalıdır”.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xatırladıb ki, Qumda təhsil alan azərbaycanlı alimlərin dini elmlərə yiyələnmək və xalqa xidmət etməkdən ayrı bir məqsədləri yoxdur.
Ayətulah Amili Azərbaycanda alimlərin dini təhsili sahəsində yaxşı zəminə yaradılmasına da toxunaraq deyib: “Azərbaycan Respublikası çox asanlıqla alimlərin necə təhsil almalarını yoxlaya bilər”.
O, azərbaycanlı alimlərin potensiallarından faydalanmağın zəruriliyinə təkid edərək deyib: “Təhsil almış alimlər vəhabilik etiqadları və terrorizm qarşısında dayana bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button