AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Azərilər yaşayan əyalətlərin dini heyətlərindən bir qrupunun Bakı Apelyasiya Məhkəməsinin “Müsəlman Birliyi Hərəkatının” sədri Tale Bağırzadənin oğluna Əbülfəzlabbas adının verilməsinə qarşı çıxmasını pisləyən bəyanatı

İranın azərilər yaşayan əyalətlərinin və paytaxt azərilərinin əzadarlıq heyətlərindən bir qrupu bəyanat yayaraq Bakı Apelyasiya Məhkəməsinin “Müsəlman Birliyi Hərəkatının” sədri Tale Bağırzadənin oğluna “Əbülfəzlabbas” adının verilməsinə qarşı çıxmasını pisləyib.
Qafqaz Mədəniyyət Mərkəzi – Bəyanatda deyilir:
Bismillahir-rəhmanir-rəhim
Peyğəmbər buyurub: “Hüseyn hidayət çırağı və nicat gəmisidir”.
Məhərrəm ayı və Şəhidlər sərvərinə əzadarlıq günlərinin başladığı bir vaxtda çox acı bir xəbər eşitdik ki, Bakı Apelyasiya Məhkəməsi din və Aşuraya qarşı çıxmış hökumətin sifarişi ilə yenidən Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədrinin oğluna Əbülfəzlabbas adının verilməsinə qarşı çıxmışdır.
Məhkəmənin rəyinə görə uşağa ərəb, rus, hətta erməni adı vermək olar, amma İmam Hüseynin (ə) şücaət və qəhrəmanlığını sərgiləyən hər hansı bir ad qadağandır.
Yasamal Rayon Qeydiyyat Şöbəsi bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edərək deyib: “Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun tövsiyə etdiyi adlar siyahısında “Əbülfəzlabbas” adı mövcud deyil”.
Artıq uşaq bir yaşına daxil olmuşdur, amma Azərbaycan dövlətinə görə onun adı yoxdur. Lakin Azərbaycanın böyük xalqı onu daim Əbülfəzlabbas adı ilə tanıyacaq.
Dövlət bu uşağı doğum şəhadətnaməsinin olması kimi ən əsas hüququndan məhrum etmişdir.
Bakı rejimi tolerantlıqdan dəm vurur və özünü tolerantlıqda dünyaya örnək kimi təqdim edir, amma dini bir ada belə dözüm göstərə bilmir. Buradan məlum olur ki, onların tolerantlıq iddiaları sionist yəhudilər, liberallar, millətçilər və homoseksuallar üçündür.
Biz əzadarlıq heyətləri bu övladın Azərbaycanın tağut rejimi qarşısında qəhrəmanlıqla dayamış və “ən üstün cihad zülmkar hökumət qarşısında ədaləti müdafiə etməkdir” hədisinə şücaətlə əməl etmiş qəhraman atasına bağsağlığı verir, səmimi qəlbdən deyirik ki, başın sağ, xatirən mübarək, şənin heybətli, düşmənin məğlub, iradən çoxtərəfdarlı olsun.
Bizim əsas sözümüz Azərbaycan xalqınadir. Bu xalq sübuta yetirmişdir ki, heç kim və heç bir rejim onları Hüseyndən (ə), Hüseynin (ə) məramından, Aşura və Kərbəladan ayıra bilməz.
Azərbaycanın böyük xalqı! Siz bu il Əbəlfəz adını dilinizə necə gətirəcəksiniz, halbuki, sizin dövlətiniz Əbəlfəzə qarşı ən böyük hörmətsizlik etmişdir? Necə Hüseyn-Hüseyn deyəcəksiniz, halbuki, İmam Hüseynin (ə) bayrağını zibil qutusuna atıblar və onu Azərbaycanın milli bayrağına zidd biliblər? Hüseynin (ə) “mənə kömək edən bir köməkçi varmı” fəryadını eşidin və Hüseynin (ə) sizin ölkənizdə bundan artıq məzlum olmasına imkan verməyin. Kərbəla məzlumluğu və Bəni Üməyyənin etdiyi zülmlər onun üçün bəsdir.
İranın azərilər yaşayan əyalətləri və paytaxt azərilərinin əzadarlıq heyətlərindən bir qrupu
4 sentyabr, 2017-ci il, 13 zilhiccə, 1438.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button