ArxivNardaranXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İctimai Birliyi Nardaran kəndində əzadarlıq məclisi keçirib – Foto/Video

Qurban bayramı ərəfəsində “Maarifçiliyə Dəvət” İctimai Birliyin sədri ilahiyyatçı Elçin Manafovun və idarə heyyətinin təşəbbüsü ilə inanclı şəxslər Nardaran kəndində Rəhimə xanımı (r.ə) ziyarət ediblər.

 

İlahiyyatçının sözlərinə görə, kəndə gəlişlərinin məqsədi həm xanımı ziyarət etmək, həm də Qurban Bayramı günlərinə təsadüf edən hz Müslümün (ə.s) hər iki övladının şəhadəti gününü qeyd etmək olub. Ziyarət birliyin paytaxt, rayon və təəsübkeşlərinin könüllü iştirakı ilə baş tutub. Ziyarətçilər hərəmə daxil olmadan öncə, xanım Rəhiməni (ə) və orada dəfn olunan şəxsləri salamlayıblar.

z2

z1

İcmanın sədri M.Elçin hz Müslümün (ə.s) balalarının həyatından, onlara olunan zülmdən və şəhadətlərindən danışıb. Faciəvi şəkildə ibn Ziyad tərəfindən qətlə yetirilən Muhəmməd və İbrahimə edilən zülmün ən acılı tərəflərindən bəhs edib.

Daha sonra ziyarətçilərin iştirakı ilə əzadarlıq məclisi qurulub. Bir neçə mərsiyə deyilib, inanclılar sinə vurub.

z3

Bundan sonra icma sədri ziyarətçilərlə birgə mübarək hacı Əlikram Əliyevin məzarını ziyarət ediblər. E. Manafov Azərbaycanda İslami dirçəlişin, siyasi İslamın bünövrəsini qoyan, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq İslam partiyasının yaradıcısı Əlikram Əliyevin olduğunu diqqətə çatdırıb.  Onlar mərhumun ruhuna dualar oxuduqdan sonra xatirə şəkli çəkdiriblər.

z4

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button