AktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Vəkil: “Abbas Hüseynov görüşə əlləri arxadan qandallı vəziyyətdə gətirildi”

“Abbas Hüseynov xeyli arıqlayıb, bədənində hələ də işgəncə izlərinin bəziləri qalmaqdadır. Həbsxananın həkimi onu yalnız vizual olaraq müayinə edib. Abbas  Hüseynov aldığı xəsarətlər, həmçinin gözünün yoxlanması və dərisində allergiya olmasına görə həkim müayinəsindən keçməsini tələb edib. Lakin həbsxana rəhbərliyi bildirib ki, onların belə ixtisaslaşmış həkimləri yoxdur, Müalicə Müəssisəsinin həkiminin nə zamansa gələcəyini gözləmək lazımdır”

Bu sözləri Rakurs TV-ə vəkil Fariz Namazlı deyib. O, avqustun 29-da Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər Nardaran məhbusu Abbas Hüseynovla görüşüb.

Vəkilin sözlərinə görə, Abbas Hüseynov görüşə əlləri arxadan qandallı vəziyyətdə gətirilib. Bu isə yerli qanunvericiliyə ziddir. O, bunula bağlı həbsxana rəhbərliyinə yazılı müraciət edəcəyini deyib. Təqsirləndirilənlər həmçinin vəkillərinə həbsxanada su probleminin olduğunu da bildiriblər. F. Namazlı deyir ki, həbsxanaya gün ərzində cəmi 3 saat su verilir. 

Bu yaxınlarda vəkil Yalçın İmanov Nardaran məhbusu Abbas Hüseynovun həbsxanada işgəncələrə məruz qalması ilə bağlı mediaya məlumat ötürmüşdü. Məlumata görə, Abbas Hüseynov dəmir dirəyə bağlanılaraq döyülmüş, sonra isə rəis Aftandil Ağayev ona öz otağında dəyənəklə zərbələr endirmişdi. 

Penitensiar Xidmət həbsxanada məhbuslara işgəncələr verilməsi ilə bağlı iddiaları rədd etmişdi.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button