ArxivQadin və hicabXəbər lentiXəbərlər

Avstraliyanın ilk hicablı polisi

Cənubi Avstraliyanın Viktoriya ştatında işləyən ilk hicablı polis Maxa Suqqa islamafobiyanın sürətlə artdığı Avstraliyada hicaba riayət etmək səbəbini insanlara izah etməyə məcbur olduğunu deyib.

İQNA xəbər verir ki, Livan əsilli Maxa Suqqa 2004-cü ilin noyabrında ölkənin ilk hicablı polisi kimi tarixə düşüb. O, Avstraliyanın hicablı ilk polis zabiti olaraq ərazidə qarşılaşdığı problemlərdən danışıb. “Viktoriyada olduğum üçün xoşbəxtəm. Viktoriyanı bir polis zabiti kimi mənə qucaq açmasını – müsəlman bir polis zabiti və bir insan kimi də sevirəm”, – deyə M.Suqqa bildirib.

Dininə və hicabına görə bir çox problemlərlə qarşılaşmasına baxmayaraq, insanlara kömək etməkdən qürur duyduğunu deyib.

Maxa Suqqa Avstraliya cəmiyyətində müsəlmanlara qarşı alçaldıcı hərəkətlərə mane olmağa çalışdığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button