ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Şeyx Fəzlullah Nuri kimdir?

Şeyx Fəzlullah Nuri kimdir?
Şeyx Fəzlullah Nuri, Molla Abbas Nuri Mazandarani oğlu 1841-ci ildə anadan olmuş, 1909-cu ildə öldürülmüşdür. Ruhaniyyət tarixinin azad ruhlu mücahid alimləri sırasında ön yerlərdən birini tutan Şeyx Fəzlullah Nuri İran Məşrutə inqilabının tənqidçilərindən olmuş, bu inqilabın Britaniyanın siyasətlərinə xidmət etdiyinə inanmışdır. Şeyx Məşrutənin rəhbərliyi tərəfindən edama məhkum olunmuş və dar ağacından asılmaqla şəhadətə çatmışdır. Şeyx Fəzlullah Nurinin Məşrutə tərəfdarı olan Seyid Məhəmməd Təbatəbai, Abdullah Bəhbəhani, Nəcəf alimləri Axund Xorasani və Abdullah Lahici ilə müxalifətinin əsas səbəbi Məşrutə qanunlarında İslamın əsas götürülməməsi olmuşdur. Digər İslam alimləri Məşrutəni şah istibdadından qurtulmaq üçün vasitə saydığı halda Şeyx, Britaniyanın dəstəklədiyi bir hərəkatın müsəlmanlara heç bir fayda verməyəcəyini bəyan etmişdir. Şeyx Fəzlullahın edam hökmünü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani vermişdir. Şeyx Tehranda Topxana meydanında edam olunmuş, Qumda dəfn edilmişdir. Edam kürsüsündə Şeyxin əmmaməsi çıxarılan zaman xalqa müraciətlə demişdir: “Bu gün şeyxin əmmaməsini çıxaranlar unutmayın ki, sabah sizin xanımlarınızın hicabını açacaq!”. Şeyxin edam hökmü məşrutə zabiti erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirilmişdir.

Mənbə: Vikipediya

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button