ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın sərhəd bölgələri sakinlərinin əlaqələrinin inkişafı vurğulanıb

İran İslam Şurası Məclisinin deputatı İran və Azərbaycan Respublikasının sərhəd bölgələri sakinlərinin əlaqələri və dostluğunun genişlənməsini vacib adlandırıb.

Mirhimayət Mirzadə Səhər Beynəlxalq Telekanalın Azəri televiziyasının Kompas verilişi ilə müsahibədə qonşuluq, qan və müsəlmanlıq prinsipini Ərdəbilin Azərbaycanın sərhəd bölgələri sakinləri ilə əməkdaşlıqlarının genişləndirilməsində önəmli adlandırıb və deyib: Qeyd olunan üç prinsipdən əlavə, müştərək dil, din və tarix də İran və Azərbaycan xalqlarının bir-birinə bağlılığının önəmli amillərindəndir. Bu amillər sərhədyanı ərazilərin sakinlərinin gediş-gəlişində çox təsirlidir.

Mirzadə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin Tehran və Bakıdakı görüşlərinin birbaşa təsirinə toxunub və deyib: Bu ilki qarşılıqlı səfərlər zamanı daha çox investisiya, turizm və sərhədyanı sakinlərin gediş-gəlişləri diqqət mərkəzində durdu.

Germi nümayəndəsi Azadlı-Yardımlı gömrüyünün də fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Mirzadə əlavə edib: Bu görüşlər zamanı önəmli məsələər, o cümlədən Biləsuvar gömrüyündən vətəndaşların gediş-gəlişi müzakirə olundu və İran da Azadlı gömrüyünün fəaliyyətə başlamasını qeyd etdi.

“Bu sərhəd gömrüyünün sutkalıq fəaliyyət göstərməsi qətiləşdiyi halda iki ölkə vətəndaşlarının bir çox problemi həll olacaq” -deyə Mirzadə əlavə edib.

Mirzadə həmçinin deyib: Azadlı gömrüyünün fəaliyyətə başlaması, Azərbaycan və İran dəmir yolunun istifadəyə verilməsi, mütləq bu respublika vasitəsi ilə Avropaya, Rusiya kimi ölkələrə məhsulların ixracatına səbəb ola bilər və Azərbaycan da ondan faydalanacaq.

Proqramın davamında Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov da aparıcının İran və Azərbaycan deputatlarının iki ölkə əlaqələrinin inkişafnıda hansı önəmli rola malik ola biləcəkləri ilə əlaqədar suala cavabda deyib: İran və Azərbaycan hökumətləri arasında sərhəd bölgələrinin əməkdaşlığının genişlənməsi haqda imzalanan anlaşmaya əsasən, sərhədyanı ərazilərin sakinləri öz əlaqələrini genişləndirə bilərlər. Bu anlaşma parlament tərəfindən də təsdiqlənmişdir. Hal-hazırda sərhədyanı ərazilər üzrə parlament deputatlarının vətəndaşlarla görüşləri və onların problemlərə diqqət yetirmələri çox təsirli olacaqdır və biz sərhədyanı ərazilərin sakinlərinin problemlərini diqqətdən kənar saxlaya bilmərik.

Azərbaycan Milli Məclisinin deputatı həmçinin İran və Azərbaycanın iqtisadiyyat sektorundakı investisiyalarının artması və iki ölkə arasında imzalanan anlaşmaların önəmini qeyd edib və deyib: Hal-hazırda Şimal-Cənub Dəhlizi layihəsi icra olunur. Bu layihənin fəaliyyətə başlaması ilə iki ölkə ondan yaxşı faydalana bilər.

Azərbaycanlı deputat sonda əlavə edib: İran və Azərbaycan rəsmilərinin anlaşmasına əsasən, növbəti mərhələdə Rəşt-Astara dəmir yolu birləşəcək və Azərbaycan da bu mərhələnin sürətlənməsinə kömək etmək istiqamətində investisiya yatırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button