ArxivXəbər lentiXəbərlər

“Arazın suyu azalan gün” sənədli filmi Bakıda ekran edilib

İranlı sənətkar Möhsün Hadinin hazırladığı və rejissorluq etdiyi “Arazın suyu azalan gün” adlı sənədli film Bakıda ekran edilib. Film Qarabağ mövzusundadır.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, 70 dəqiqəlik bu sənədli film bu gün günortadan sonra siyasi fəallar, partiya sədrləri və ictimai cəmiyyətlər eləcə də sənətkarlar və media mənsublarının iştirakı ilə Bakının Beynəlxalq Mətbuat Mərkəzində ekran edilib.

Sənədli filmin ekranından sonra iştirakçılar filmi rəğbətlə qarşılayıblar və bəziləri etdikləri çıxışlarda bu filmin qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasına hər iki ölkə xalqlarının müxtəlif cəhətlərdən məlumatlanmalarına öz töhfəsini verəcəyini bildiriblər.

Filmin rejissoru Möhsün Hadi öz əsəri barədə deyib: Qarabağ müharibəsinin iranlı şəhidləri barədə olan bu sənədli film Qarabağ müharibəsi dövründə İranın mövqeyini, Qarabağın işğalı hadisəsi və onun səbəbləri Xocalı və Zəngilan hadisələri barədə məlumat verir. İranın Qarabağ didərginlərinə hümanitar yardımları, Azərbaycan döyüşçülərinə hərbi təlimləri və İranın bu münaqişənin həlli istiqamətindəki fəaliyyətləri faktlarla və Qarabağ müharibəsində iştirak edənlərin dilindən əks etdirilir.

Möhsün Hadi deyib: Sənədli film bir il müddətində Təbriz, Ərdəbil və Bakıda hazırlanıb.

Bu sənədli filmin təqdimat mərasimində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu filmin prodüser və rejissoruna öz təşəkkürünü bildirərək, filmin İran ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin əhəmiyyətinin səbəblərinə gətirdiyi aydınlığa diqqət çəkib və bu kimi sənət əsərlərinin yaradılması prossesinin davam etməsini vurğulayıb.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət üzrə eksperti Həsən Güli də bu kimi sənədli filmlərin iki ölkə arasında siyasi və mədəni əlaqələrin inkişafındakı rolunu vurğulayaraq bu kimi əsərlərin bundan sonra da yaradılmasının vacibliyini diqqətə çəkib.

Həsən Güli İran islam inqilabının böyük rəhbərinin Qarabağ və Azərbaycanın müsəlman xalqı barədəki mövqeyinə toxunub, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin İranın Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasına yardımları barədə bəyanatlarını xatırladıb və deyib: Bu gün də iki ölkə prezidentləri tez-tez görüşürlər və son 3 ildə iki ölkə prezidentləri arasında 8 görüş baş verib və regionda səmimi əlaqələr baxımından bu istisna haldır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button