AktualAktualArxivXəbər lentiXəbərlər

Türkiyə və Ermənistanın hərbi sahədəki “Layiqli tərəfdaş”lığı kimə qarşı yönəlib? Bəs Türkiyə qardaş idi?!

Gürcüstan müdafiə naziri Levan İzoria NATO-nun  “Layiqli tərəfdaş” (Noble Partner 2017) adlı çoxmillətli genişmiqyaslı hərbi təlimin başlandığı barədə məlumat verib.

 

İlk baxışdan adi görsənən bu təlimlərdə Azərbaycan Respublikası üçün həyati dərəcədə əhəmiyyətli  bir məqam var: uzun illər ərzində Azərbaycan xalqına “qardaş” obrazında sırınan Türkiyə Cumhuriyyəti bu təlimlərdə Azərbaycan ərazilərinin 20%-ni işğal edən, 1 milyon vətəndaşı öz ana yurdundan didərgin salan, Azərbaycan xalqına qarşı soyqırımlar törədən işğalçı Ermənistanla çiyin-çiyinə iştirak edir və “xilaskar” obrazında bir-birləri ilə hərbi əməkdaşlığı məşq edirlər.

Qeyd edək ki, erməni hərbçiləri ilk dəfədir  “Layiqli tərəfdaş” adlı çoxmillətli təlimində iştirak edirlər. “Layiqli tərəfdaş”  (Noble Partner 2017) çox millətli təlimləri iylun 20-dən avqistun 13-ə qədər Gercüstanın Vaziani hərbi poliqonunda “Güc əməkdaşlıqdadır” şüarı ilə keçirilir. Təlimlərdə Türkiyə, Ermənistan, Gürcüstan, Ukrayna, ABŞ, Böyük Britanya, İspaniya, Rumıniya, Sloveniya əsgərləri  iştirak edir.

Əlbəttə, hər dövlətin öz müstəqil xarici siyasəti var və qonşu dövlətlərin buna qarışması dügün deyil. Amma Türkiyə Cumhuriyyəti kimi – uzun illərdir Azərbaycanın maddi və mənəvi sərvətlərini talan edib Azərbaycan cəmiyyətini manqurt cavanlardan ibarət bir pantürkizm poliqonuna çevirmək siyasətini yeridən bir dövlət, heç olmasa özünü Azərbaycana “qardaş” obrazında sırımasından xəcalət çəməli və Ermənistan kimi bir işğalçı dövlətlə birlikdə hərbi təlimlərdə iştirakdan çəkinməli idi.

Amma daima olduğu kimi, bu dəfə də Türkiyə öz maraqları naminə Azərbaycanın maraqlarını başqalarının ayaqları altına atmaqla əsl simasını bir daha sübut etdi. Xüsusə də “başqasınnı ayaqları altına” deyərkən, bu başqası – işğalcı və qatil Ermənistandırsa…

 

 

Həmid Türki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button