ArxivXəbər lentiXəbərlər

Dizel yanacağının qiyməti artacaq-EKSPERT

Benzinin qiymətinin artırılması ölkə iqtisadiyyatına artıq öz təsirini göstərməkdədir. Bazarda qiymətlərin tədricən qalxması da buna əyani sübutdur.

Vetenugrunda.az-a açıqlama verən iqtsiadçı ekspert Nazim Bəydəmirli benzinin qiymətinin artırılmasının onsuz da zəif olan Azərbaycan iqtisadiyyatına ancaq mənfi təsir göstərəcəyini bildirdi: “Son bir neçə ildə ciddi devalvasiya yaşamış ölkənin sosial vəziyyəti daha da pisləşəcək.

Enerji daşıyıcıların mal və xidmətlərinin ətlərin maya dəyərinde xüsusi çəkisi ən azı 20%-dən başlayır, bizdə ən çox istifadə olunan avtomobil yanacağı Aİ 92 marka olduğundan bu qiymət artımı həm iqtisadi fəaliyyətin zəifləməsinə, həm də əhalinin sosial durumunun pisləşməsinə səbəb olacaq”.
Ekspert eyni zamanda dizel yanacağının da qiymətinin artacağını proqnozlaşdırıb: “Yaxın vaxtlarda benzinin yox, daha çox dizel yanacağının qiymətinin artacağı gözlənilir.

Çünki dünya təcrübəsində dizel ilə benzinin arasındakı fərq çox deyildir, məsələn Avropa Birliyinə daxil olan ölkələrdə bu fərq 10-15% arasıdır, hətta elə ölkələr var ki, ekoloji çirklənmənin qarşısını almaq üçün bu fərq hətta 5% də deyil. Bu baxımdan bizdə indiki durumda 50% fərq yaranıb, insanlar kütləvi şəkildə dizel mühərrikli avtomobillər alacaqsa, ekoloji vəziyyət Bakıda ciddi şəkildə çirklənə bilər. Həm də bazar iqtisadiyyatı özü bunu tənzimləyəcək.

Qeyd etdiyim kimi, ərzaq məhsulları da bahalaşacaq, çünki sahibkarların artan xərcləri mütləq malın, xidmətin maya dəyərinə əlavə olunacaq, daşınma xərcləri artacaq və bu benzinin qiymət artımı zəncirvari iqtisadiyyatın bütün sektorlarına mənfi təsir edəcək.

Bu qərarı verən zaman təkcə bir şirkətin, SOCAR-ın maraqları ümumi Azərbaycan maraqlarından üstün tutulmağı tam açıqlığı ilə ortadadır, islahat aparıb, rəqabət yaradıb, idarəetmə xərclərini azaltmaq yerinə, sadə bir yol xərcləri vətəndaşlara yükləmək yolu yolu tutulub”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button