ArxivXəbər lentiXəbərlər

Ayətullah Sistani Qarabağ problemi barədə dilə gəldi

Nüfuzlu islam alimi ayətullah seyyid Əli Sistani İraqda səfərdə olan azərbaycanlı zəvvarlarla görüşüb.

Görüşdə iştirak edən “İnterAz” televiziya kanalının bədii rəhbəri Oktay Quliyevin verdiyi məlumata görə, görüş zamanı ayətullah Sistani ölkəmiz barədə çox maraqlı məqamlara toxunub. O qeyd edib ki, uzun illər əvvəl repressiyaya görə Azərbaycandan qaçaraq Məşhədə gedən böyük alimlərdən dərs alıb.
“Onlar danışırdılar ki, Azərbaycanın böyük iman və elm sahiblərini gecə ilə aparıb ayaqlarına daş bağlayaraq, Xəzər dənizinə atdılar. Bir neçə gündən sonra onların bədəni şişdiyinə görə dənizin üzünə çıxmışdı, uzaqdan baxanlara elə gəlirdi ki, dənizdə böyük bir ada əmələ gəlib. Azərbaycanlı alimləri qətlə yetirərkən onlar bir-biriləri ilə qardaşlıq əqdi oxuyublar, sonra güllələnmək üçün irəli çıxıblar.

Məşhəd, Nəcəf və Qum elmi hövzələrində saysız-hesabsız azərbaycanlı ustad-alimlər olub. Bu hövzələrin bərəkət tapmasında Naxçıvanilərin, Qarabağilərin, İrəvanilərin, Badkubeyilərin, Lənkəranilərin böyük rolu olub.”, – islam alimi bildirib.

Bütün məzlum xalqlar üçün, eləcə də Azərbaycan xalqı üçün hər gün dua etdiyini söyləyən ayətullah Sistani neft və qazla zəngin olduğu üçün böyük dövlətlərin həmişə Azərbaycanda gözü olduğunu deyib: “Qarabağ problemi də böyük dövlətlərin çirkin bir oyunudur.”

Azərbaycanlı zəvvarlar İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsində ayətullah Sistaninin verdiyi fətvanın böyük rolu olduğunu söyləyib, şəhərin terrorçulardan azad edilməsinə görə onu təbrik ediblər.

“Mən fətva verdikdən sonra azərbaycanlılar da çox istəyirdilər ki, İraqa gəlib İŞİD-lə döyüşlərdə iştirak etsinlər, buna lüzum olmadığını dedim və fətvanın yalnız iraqlılar üçün olduğunu bildirdim.”, – ayətullah Sistani belə deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button