ArxivNardaranXəbər lentiXəbərlər

Taleh Bağırov və digərlərinin məhkəməsi keçirilib

İclasda qərar elan edilib.

Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatının” sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Tale Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib.

Onlar Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button