ArxivIslamXəbər lentiXəbərlər

Bakıda vəhdət namazı qılındı

Müxtəlif məzhəblərə mənsub müsəlmanlarla birgə vəhdət namazı qılınıb.

Bu gün Bakıda Heydər məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

Mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna “Yasin” oxunması ilə başlayıb.

Sonra müxtəlif məzhəblərə mənsub müsəlmanlarla birgə vəhdət namazı qılınıb.

Heydər məscidinin dini rəhbəri Hacı Sabirin imamətliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button