AktualAktualArxivXəbər lentiXəbərlər

Biləsuvar gömrük məntəqəsindən 3 ayda 230 min nəfər səfər edib

Biləsuvarın fərmandarı: “1396-cı ilin birinci üç ayında (2017-ci il 20 mart-20 iyul) Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edənlərin sayı 230 min 220 nəfər olmuşdur. Onlardan 75 mindən çoxu Biləsuvar şəhərinin tarixi və turizm məkanlarında olub”.

Qafqaz Mədəniyyət Mərkəzi – Biləsuvar şəhərinin fərmandarı Aram Həlim jurnalistlərə açıqlama verərək bildirib: “1396-cı ilin birinci üç ayında (2017-ci il 20 mart-20 iyul) Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edənlərin sayı ümumilikdə 230 min 220 nəfər olmuşdur. Onlardan 122 min 398 nəfəri Biləsuvara daxil olanlardır. Bu rəqəm ötən ilin birinci üç ayı ilə müqayisədə 12% çoxdur”.

Fərmandar müsafirlərin yerləşməsi üçün də qonaq evlərinin artırılmasını xəbər verərək deyib: “Cari ilin ilk üç ayında 5767 nəfər Biləsuvarın hotel və yataqxanalarında yerləşdirilib. Bu da ötən illə müqayisədə 20% faiz çoxdur. Turistlərdən 75 min nəfəri tarixi məkanları və şəhərin turizm gözəlliklərini seyr edib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button