ArxivIslamXəbər lentiXəbərlər

Türkiyə cəfərilərinin liderindən Bəhreyn rəhbərliyinə qınama mesajı

Səlahəddin Özgündüz Bəhreyndə Şeyx İsa Qasım və digər müqavimət liderlərinə edilən rəftar səbəbindən qınama mesajı yayımlayıb.

İslamazeri.com “Zeynebiye”-yə istinadən xəbər verir ki, Səlahəddin Özgündüz Bəhreyndə Şeyx İsa Qasım və digər müqavimət liderlərinə edilən rəftar səbəbindən qınama mesajı yayımlayıb:

“Bəhreynə imperializmin zorla qoyduğu süni dövlət bu ölkənin xalqına rəva gördüyü zülmə mühüm bir halqa daha əlavə edərək xalqın liderlərinin bəzisini haqsız yerə zindana atıb, bəzilərinin vətəndaşlıq hüququnu əlindən alır. O cümlədən Ayətullah İsa Qasim heç bir hüquqi əsası olmadan bu böyük zülmü rəva görür.

Sanki o ölkə xarici güclərin hamballığını edən kral ailəsinin atasının fermasıymış kimi istədiyini fermasından qovma haqqını özündə görür. Bu məsələdə, təəssüf ki demokratiya apostolluğu edən ölkələr ölüm sükutu içində seyrçi qalmaqla kifayətlənməyib bəzən diktatorluğa dəstək verməkdən də utanmırlar. Unutmaq olmaz ki, zalım zülmünü artırdıqca öz sonunu yaxınlaşdırır deməkdir.

Biz hər bir ölkə vətəndaşının heç bir ayrıseçkiliyə tabe tutulmadan qürurlu şəkildə ölkəsində yaşamaq haqqına sahib olduğuna möhkəm əqidəmizlə Bəhreyn hökumətinin bu hüquqa sığmaz hərəkətini nifrətlə qınayır, bir an əvvəl özlərinə heç bir faydası olmayan bu böyük zülmlərə son verməsini taleb edirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button