ArxivXəbər lentiXəbərlər

Qum məddahlarını kölgədə qoyan ərdəbilli

Oruc ağızla azana əbədi vəsiqə!

Rəhim Müəzzinzadə Ərdəbili İslam dünyasının məşhur azançılarındandır. Dünya şöhrətli müəzzin şəmsi 1304-cü ildə (hazırda 1396) Ərdəbildə dünyaya göz açıb. Sonradan atası Tehrana köçüb, Rəhim Qum Elm Hövzəsində təhsilə başlayıb. Dərsi-xaric sinfinə qədər elmini artırıb.
Rəhim hərəmdə azan verir, yeri düşəndə məddahlıq edir. Qumun məddahları onun atası Şeyx Əbdülkərimə şikayətlənir ki, Rəhim Quma gələndən bizə baxan yoxdur. Şəmsi 1329-cu ildə Şeyx Əbdülkərim dünyasını dəyişir və Rəhim atasının İmam məscidində işini davam etdirmək üçün Tehrana köçür. Rəhim radioda canlı azan verdiyi vaxtlarda azanı lentə almaq təklif edilir. Ramazan ayında oruc ağızla radioya gəlib, istəyir ki, azan lentə alınsın. Radionun rəhbərliyi bu işi iftardan sonraya saxlamaq istəsə də Rəhim razılaşmır. Özü xatırlayırdı ki, həmin gün başqa ruhiyyədə idim və həmin ruhiyyədə azan vemək istəyirdim. Nəhayət, radio rəhbərliyi razılaşır və bu gün dinlədiyimiz azan lentə alınır…
Mərhum Müəzzinzadə şəmsi 1384-cü ildə 80 yaşında dünyasını dəyişib.

Vilayet.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button