ArxivIslamXəbər lentiXəbərlər

Tbilisidə azyaşlılar arasında Quran müsabiqəsi keçirilib – FOTO

Tbilisidə  azyaşlılar arasında Quranı üzündən düzgün oxuma sahəsində yarışması təşkil olundu.
Maide.Az xəbər verir ki, ötən ildə olduğu kimi bu ildə Tbilisi Cümə məscidinin iclas zalında Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşağları arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış  keçirildi.
Mübarək Ramazan ayının gəlişi münasibəti ilə təşkil olunan iki günlük (24-25 may) yarışda ölkənin müxtəlif yerlərindən ümumilikdə 70-dən çox oğlan və qız uşaqları  hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıbıar.
Yarışlar Qurani-Kərimin tilavəti ilə açıq elan olunub. Yarışda qalib olan 5 nəfər qız və 5 oğlan şagird və onların müəllimələri Ramazan ayında Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Fəxri fərmanlarla təltif edilib, pul mükafatları ilə qiymətləndiriləcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button