AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Hüquq müdafiəçiləri Mövsüm Səmədovun həyatı ilə bağlı çağırış etdilər

Xəbər verdiyimiz kimi 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi AİP lideri MövsümSəmədovun yenidən Qobustan Qapalı Tipli Həbsxanaya göndərilməsinə dair məhkəməyə təqdimat verib

May ayının 21-də Mövsüm Səmədovun yarım kars cəzasının müddəti bitməsinə baxmayaraq onu mühafizə tipli otaqda saxlanılması barədə qərar veriblər. Həbsxana rəhbərliyi isə bunun səbəbini guya ki, Mövsüm Səmədovun həyatına və fiziki sağlamlığına qarşı hansısa məhbuslar tərəfindən təhlükə törədə biləcəyinə dair məlumat aldıqları ilə əsaslandırır. Həm doktor Səmədov, həm də ki, onun vəkili Yalçın İmanov baş verənlərin böhtan, şər və əsassız olduğunu söyləyiblər.

 

Rəsul Cəfərov: “Hüquq müdafiəçisi olaraq Mövsüm Səmədovla bağlı aidiyyəti qurumlara çağırış edir və problemin həll olunmasını istəyirik”

AİP liderinə qarşı baş verənlərlə bağlı “İslaminSesi”nə açıqlama verən hüquq müdafiəçisi Rəsul Cəfərov qeyd etdi ki, Mövsüm Səmədovla bağlı baş verənlər ciddi şəkildə araşdırılmalı və onun təhlükəsizliyi dövlət tərəfindən təmin olunmalıdır. Mövsüm Səmədovun sağlamlığına və təhlükəsizliyinə cavabdeh orqanın Penitensiar Xidmətin olduğunu söyləyən Rəsul Cəfərov, “eyni zamanda formal bir məsələ olsa da baş verənlərlə bağlı Ombudsman Aparatı, Baş Prokurorluq, və Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Nəticədə sonra deyə bilməsinlər ki, bizim xəbərimiz yox idi”, – deyə bildirdi:

Mövsüm Səmədovun Qobustana göndərilməsi əsaslandırılmalıdır. Təəssüflər olsun ki, bu cür göndərmələr bir çox hallarda formal xarakter daşıyır və məhkəmə tərəfindən heç bir ciddi araşdırma aparılmır. Hüquq müdafiəçisi olaraq Mövsüm Səmədovla bağlı aidiyyəti qurumlara çağırış edir və problemin həll olunmasını istəyirik.”

 

Qurban Məmmədov: “Doktor Səmədovla bağlı baş verənlərin hamısı əsassızdır. Ümumiyyətlə həbsxanalardakı məhbuslar həmişə din adamlarına, ziyalılara və siyasilərə qarşı ehtiramla yanaşırlar “
Hüquq müdafiəçisi Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, Mövsüm Səmədovun məsələsi qurdun özündən aşağıda su içən quzunu suyu bulandırmaqda ittiham etməsinə bənzəyir:  “Qurdun quzunu yeməsi üçün istənilən bəhanəyə əl atdığı kimi, bunlar da MÖvsüm Səmədovla bağlı hər bir bəhanəyə əl atırlar. Bu baxımdan Doktor Səmədovla bağlı baş verənlərin hamısı əsassızdır. Ümumiyyətlə həbsxanalardakı məhbuslar həmişə din adamlarına, ziyalılara və siyasilərə qarşı ehtiramla yanaşırlar. Əgər hakimiyyət tərəfindən ələ alınmış məhbusun vasitəsilə hər hansı provakasiya törədilməsə, heç bir dustaq belə bir əmələ yol verməz. “

Azərbaycandakı vəziyyətin olduqca təhlükəli bir həddə çatdığını söyləyən hüquq müdafiəçisi qeyd etdi ki, dövlət artıq hüquqi müstəvidən çıxıb: “Son günlər ölkədə baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan çox qorxulu bir mərhələyə qədəm qoyub və təhlükəli qüvvələrin əlində oyuncağa çevrilib.”

Sonda Qurban Məmmədov Mövsüm Səmədovla bağlı baş verənləri pislədiyini və hakimiyyəti insan hüquqlarına əmələ etməyə dair çağırış etdi. “

 

Namizəd Səfərov: “Mövsüm Səmədov siyasi məhbus olduğuna görə həbsxanada bu cür təqiblərə məruz qalır”

Hüquq müdafiəçisi Namizəd Səfərov isə Mövsüm Səmədovla bağlı baş verənlərin onun siyasi məhbus statusu ilə əlaqələndirdi. Mövsüm Səmədovun siyasi məhbus olduğuna görə həbsxanada bu cür təqiblərə məruz qaldığını söyləyən Namizəd bəy, baş verənləri kəskin formada pislədiyini qeyd etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button