ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Səlahəddin Özgündüz kimdir?

Səlahəddin Özgündüz kimdir?

Səlahəddin Özgündüz 1952-ci ildə Iğdır ilinin Tuzluca ilçəsinin Aliköse kəndində dindar bir ailədə dünyaya gəlib. Uşaqlıq illərindən etibarən İslami məsələlərə böyük maraq göstərən Özgündüz, beynindəki suallara cavab axtarmaq üçün təhsil almağa yönəlib.

Qurani-Kərimi öyrəndikdən sonra fars və əsaslı İslami təhsil almaq üçün Iğdırın Yaycı kəndində yerləşən Axund Əmrahın yanına gedib. Burada fars dilini öyrənən Özgündüz, yenə dövrünün böyük alimlərindən olan Hacı Molla Məhəmmədin hüzurundan bəhrələnib. Bundan sonra bir müddət də İranda təhsil alan Özgündüz, bu ölkədə oturum izni ala bilmədiyinə görə İraqın Nəcəfül-Əşrəf şəhərinə köçüb. Sərf-Nəhv Usulul-Fiqh-Fəlsəfə, Kəlam, Təfsir və Tarix mövzularında təhsil alıb.

Təhsil müddətində ümumi dərslərə qatılmaqdan çox xüsusi ustadlardan dərslər almağa üstünlük verərək, mövzular üzərində daha çox mübahisə imkanları tapıb. Dövrünün ən böyük fəqihi və mərce-təqlidi olan mərhum Ayətullahul-Uzma Seyid Əbülqasim Xoyi, Ayətullah Seyid Ruhullah Xomeyni, Ayətullah Seyid Abdullah Şirazi kimi alimlərin dərslərində iştirak edərək buradakı elmi müzakirələrdən faydalanıb. Özgündüz üstün zəkası ilə ustadlarının rəğbətini qazanıb.

Türkiyəyə qayıdanda Iğdırın müxtəlif kənd və ilçələrində xidmət edən Özgündüz, buradan Ağrının Taşlıçay ilçəsinı keçib. Özgündüz İstanbuldan gələn dəvət üzərinə Halkalıya köçərək 1978-ci ildə Zeynəbiyyə hərəkatını başlamış olub. Bu hərəkat onun liderliyində Turkiyəli cəfəriləri Türkiyədə və dünyada nüfuzlu bir mövqeyə gətirib. Xüsusilə Universal Aşura Matəm Məclisləri, perspektivləri və keyfiyyəti baxımından dünyanın hər yerindən təqdir toplayıb. Belə ki, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı YUNESKO bu mərasimi dünyaya nümunə əzadarlıq məclisi olaraq göstərib.

Özgündüz İstanbulla birlikdə digər böyük şəhərlərdəki Əhli-Beyt sevərlərin cəmiyyət şüuru qazanmasında öndərlik edib.

Bir çox beynəlxalq konfrans və qurultaylarda iştirak edərək, müxtəlif mövzularda məruzələr təqdim edib.

Ölkəmizdə beynəlxalq, panellər və konfransların keçirilməsi məsələsində ideoloji rəhbərlik edib.

Ən çox üzərində durduğu məsələ milli birlik – cəmiyyət bütövlüyü, İslam inancının doğru yaşanıb düz yaşadılmasıdır. Bu məsələlərdə göstərdiyi dərin səy nəticəsində, cəfərilər tərəfindən Türkiyəli Cəfərilərin Lideri kimi xarakterizə edilib.

Dörd qız, üç oğlan atası olan Özgündüz ərəb və fars dillərində bilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button