ArxivQadin və hicabXəbər lentiXəbərlər

ABŞ-da müsəlman xanımlara maraqlı jest – FOTO

ABŞ-da Analar günü ərəfəsində maraqlı addım atılıb.

Qafqaz.ir-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-da Analar gününün ərəfəsində qeyri-adi açıqçalar hazırlanıb. Həmin açıqcalar ölkənin milli və dini müxtəlifliyini qeyd etmək məqsədi ilə düzəldilib.

Qeyd edək ki, ABŞ-da bu il analar günü may ayının 14-ü keçiriləcək.

Belə ki, “Analar günü”nə ithaf olunmuş elektron açıqcalar müxtəlif millət, mədəniyyət və dinlərin qadın nümayəndələri üçün nəzərdə tutulub.

ABŞ-da artan islamofobiyanın fonunda, bu il xüsusi diqqət müsəlman xanımlara yetirilib.

“Müsəlman icması üçün asan olmayan belə bir vaxtda biz “Analar günü”ndən istfadə edərək, müsəlman xanımlara çatdırmaq istəyirik ki, onlar tək deyillər.”, – deyə təşkilatın direktoru, məlum layihənin təşəbbüskarı Kalpan Krişnamurti bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button