ArxivQadin və hicabXəbər lentiXəbərlər

Fransada hicablı qadına qarşı zorakılıq

Fransada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda səs verməyə getdiyi məntəqənin rəhbəri tərəfindən hicabını çıxarmağa məcbur edilən Naimə əl-Ömər şikayətçi olub.

İslamazeri.com-un Türk mediasına istinadən verdiyi xəbərə görə, kilsə aşpazı, 57 yaşlı Naimə əl-Ömər səs verməyə getdiyi məntəqənin rəhbəri tərəfindən hicabını çıxarmağa məcbur edildiyini ifadə edərək, şikayətçi olduğunu açıqlayıb. Birinci turda belə bir şeyə məcbur edilmədiyini ifadə edən qadın çərşənbə günü şikayət etdiyini bildirib.

Alınan məlumatlara görə məntəqə sədrinin bələdiyyədə təhlükəsizlik və polis vəzifəlilərindən olduğu və şəhərin bələdiyyə sədrinin 1995-ci ildən bəri radikal sağçı Jak Bompard olduğu öyrənilib.

Fransanın cənubunda yerləşən Orange şəhərində yaşayan qadın, hadisədən təsirləndiyini söyləyib və “Oradan çıxandan sonra ağladım”, açıqlamasını edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button