ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Şotlandiyada qadın polislərə baş örtüyünə icazə verilib

Şotlandiya polisi baş örtüyünü rəsmi formanın bir hissəsi olaraq qəbul edib. Şotlandiyada müsəlman qadın polislər daha əvvəllər ancaq rəislərinin icazəsi ilə baş örtüyündən istifadə edərdilər.
Şotlandiya polisi bildirib ki, bu qərarı çox mədəni bir polis qüvvəsinin yaradılmasına kömək edəcək. Qərar “əvvəllər polisi karyera kimi görməyən müsəlman qadınları yeniden bu barədə düşünməyə sövq edə bilər” polis nümayəndələri deyir.
London polisi də 2001-ci ildə fərqli etnik mənşəli insanları polis olmağa həvəsləndirmək üçün baş örtüyünün formanın “istəyə bağlı” bir hissəsi olduğunu bildirmişdi.
“Bu qərarımıza əməkdaşlarımızla yanaşı müsəlmanların və cəmiyyətin digər təbəqələrinin verdiyi dəstəyə görə minnətdaram. Digər qurumlar kimi biz də, polis qüvvəsində də bərabərlik hüququnu təmin etməyə çalışırıq”,-deyə Şotlandiyanın polis rəisi Phil Gormley qərarı açıqlayarkən deyib.
Şotlandiya polisinin bu il dərc etdiyi hesabata görə, polis olmaq üçün edilən 4809 müraciətdən yalnız 129-u fərqli etnik mənşəli insanlardan daxil olub.

hedef14.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button