ArxivXəbər lentiXəbərlər

Lənkəranda İrana məxsus 3 yük maşını yanıb

İrana məxsus 3 yük maşını Lənkəranda yanıb

Riport.az-ın verdiyi məlumata görə hadisə Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib.

Məlumata görə, İran İslam Respublikasına məxsus, hər birinin tutumu 20 ton olan bir neçə “TIR” yük maşını çay fabrikinin həyətində alışıb. Hadisə nəticəsində avtomobillərdən ikisinin sürücü kabinəsi və yük konteynerləri, üçüncü avtomobilin isə yalnız konteyner hissəsi yanıb.

Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button