AktualIslamXəbər lentiXəbərlər

Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb

Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup Vətənə qayıdıb.

“İslaminSesi” bildirir ki, bu barədə Reporta Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, ziyarət dövründə zəvvarların səhhətində heç bir problem olmayıb: “Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıblar. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamırlar. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil”.

Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Zəvvarların 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button