ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Brazilya Yay Olimpiya oyunlarında ABŞ-ı təmsil edən ilk hicablı idmançıdan prezidenti Donald Trampa açıq məktub

Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Olimpiya oyunlarında ABŞ-ı təmsil edən və bu ölkə üçün medal qazandıran ilk hicablı idmançı İbtihac Məhəmməd, ölkə prezidenti Donald Trampa açıq məktub ünvanlayıb.

“Maide” xəbər verir ki, İ.Məhəmməd məktubda yazıb: “Sizin seçkilər kompaniyası zamanı yaratdığınız qorxu və nifrət atmosferası, Ağ Evdə atdığınız yeni addımlarla daha da sürətlə artır.

Siz prezident seçildiyiniz vaxtdan məni hava limanında saxlayıb sorğu-sual edirlər. Mənə şübhəli olmaq ittihamı ilə iş açılıb və küçədə mənə deyirlər ölkənə qayıt”.

İ.Məhəmməd Donald Trampa ünvanladığı məktubda Amerikada müsəlmanların roluna toxunub və müsəlmanların ölkədə müxtəlif sahələrdə, xüsusi ilə səhiyyə, təhsil və digər sahələrdəki rolunun önəmini vurğulayıb.

İbtihac Məhəmməd terrorizimin müsəlmanlara və miqrantlara heç bir aidiyyatının olmadığını vurğulayıb və deyib ki, müsəlmanlara qarşı yaradılan bu atmosfera cəmiyyətdə ədalət və bərabərlik dəyərlərini dağıdır.

O, Donald Trampdan istəyib ki, müsəlmanlar üçün yaradılan bu əngəlləri aradan qaldırsın. /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button