ArxivIslamNardaranXəbər lentiXəbərlər

AİP rəhbərliyi partiyanın sabiq sədri Əlikram Əliyevin vəfatının il dönümünü qeyd edib

1990-cı illərdə Əlikram Əliyev və ətrafındakıların ağır zəhmətlərilə Azərbaycanda İslamı Oyanış Hərəkatı baş tutub
Ömrünün son illərini ağır xəstəliklə keçirən böyük mücahid 17 mart 2011-ci il tarixində Bakının Nardaran qəsəbəsindəki şəxsi mənzilində vəfat edib.

İslaminSesi xəbər verir ki, bu gün mübariz və mücahid şəxsiyyət, AİP-in qurucularından olan, partiyanın sabiq sədri Hacı Əli İkram Əliyevin vəfatının il dönümüdür.

Mübariz və mücahid şəxsiyyət, Hacı Əlikram Əliyev İsmail oğlu 1940-cı ilin aprel ayının 5-də Bakının 25 kilometrliyində yerləşən Nardaran kəndində dünyaya göz açmışdır.

Sovet hakimiyyətinin son illərində mərhum Hacı Əlikram Əliyev və onun ətrafındakıların ağır zəhmətləri ilə Azərbaycan İslam Partiyasını təsis etmişlər.

Hacı Əlikram İslamla düşmən olan kommunist rejiminin xaos və boğucu atmosferində boya-başa çatıb, İslam maarif ilə tanış olub. Hacı Əlikram 1965-ci ildə Bakı İdman İnstitutunun məzumu olub. Sonra qısa müddət müəllim işləyib. Daha sonra öz ailəvi peşəsi olan əkinçiliklə məşğul olub. Amma heç vaxt Sovet İttifaqının dinə qarşı siyasətləri ilə mübarizəni dayandırmayıb.

Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra Hacı Əlikram Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edir və 20 sentyabr 1992-ci ildə Azərbaycan İslam Partiyası rəsmi sürətdə ilk ikinci siyasi partiya olaraq dövlət qeydiyyatına alınır və Xalq hərəkatı fəallarından olan Hacı Əlikram İslam hərəkatının liderinə çevrilir.

Ömrünün son illərini ağır xəstəliklə keçirən böyük mücahid 17 mart 2011-ci il tarixində Bakının Nardaran qəsəbəsindəki şəxsi mənzilində vəfat edib.

Bu yorulmaz mübarizin üzücü vəfatından sonra onun cənazəsi 2011-cu il, martın 18-də Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının kənarında dəfn edilib.

Hacı Əlikram Əliyevin vəfatının 6-cı il dönümü ilə əlaqədar AİP rəhbərliyi onun qəbrini ziyarət ediblər. Ziyarət mərasimində AİP-in sədr əvəzi Hacı İlham Əliyev, sədr müavinləri və digər partiya funksionerləri iştirak ediblər. Hacı Əlikram Əliyevin qəbrini ziyarət edən partiya rəsmiləri onun ruhu üçün dualara oxuyaraq, islam yolunda çəkdikləri zəhmətlərə görə ona Allahdan ən böyük mükafatın verilmsəsini arzu ediblər. “İslaminSesi” sözügedən ziyarət mərasimindın hazırladıöı fotoreportajı oxucuzlarına təqdim edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button