ArxivNardaranXəbər lentiXəbərlər

Natiq Kərimov və İnqilab Əhədovun məhkəməsi keçirilib

N.Kərimovun oğulu Kamran Kərimov şahid qismində sərbəst ifadə verməkdən imtina edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə N.Kərimovun oğulu Kamran Kərimov şahid qismində sərbəst ifadə verməkdən imtina edib.
Daha sonra digər şahidlər – Gülxanım Rəsulova, Ramiz Manafov, Nigar Ağayeva, Cavanşir Hüseynova, Səbuhi Səlimov, Məmmədağa Əliyev, Əki Zeynalov və Rauf Məmmədov dindirilib. Həmin şəxslər ifadələri zamanı Nardaran Ağsaqqallar Şürası və Azərbaycan İslam Partiyası tərəfindən 50, 100 və 250 manat dəyərində yardımlar aldıqlarını söyləyiblər.
Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button