AktualAktualArxivXəbər lentiXəbərlər

Höccətül-islam Nəzəri: Azərbaycanda vəhabilərin fəaliyyəti şiələrlə müqayisədə daha çoxdur

Din alimi deyib: “Cəmiyyətinin çoxunu şiələr təşkil edən bir ölkədə nə üçün vəhabilərin fəaliyyəti şiələrin fəaliyyətindən çox olmalıdır?”
Qafqaz Mədəniyyət Mərkəzi–Təbrizin “Hünər” hüseyniyyəsində Hacı Əlikram Əliyevin vəfatının altıncı ildönümünə həsr edilmiş xüsusi tədbir bir qrup inqilabçı din, mədəniyyət və elm xadiminin iştirakı ilə keçirilib. Tədbirdə çıxış edən höccətül-islam vəl-müslimin Müctəba Nəzəri Qafqaz və Azərbaycan Respublikasını İslam dünyasının bir hissəsi adlandıraraq deyib: “Regional və beynəlxalq hadisələrə nöqtə olaraq deyil, bir şəbəkə kimi baxmalıyıq. Qərbin liberal-demokratik cərəyanının fikir otağında bu ideologiyanın bütün dünyanı əhatə etməsi ortalığa atıldığı kimi İslam təlimlərində də sonda xalis Məhəmməd (s) dini bütün dünyanı bürüyəcəyi qeyd olunur”.
Qərbin İslamdan İslamın özünə qarşı və müsəlmanları məğlub etmək üçün istifadə etməsini diqqətə çatdıran M. Nəzəri vurğulayıb: “Bunun nümunəsini Suriya və İraqda baş verən hadisələrdə açıq-aydın şəkildə görmək olar. Təəssüflər olsun ki, Azərbaycan Respublikasında da belə bir problemlin yarandığını görürük”.
Hövzə və universitet müəllimi sözünə aydınlıq gətirərək deyib: “Bir tərəfdən Azərbaycanın qeyri-dindar ziyalıları bu ölkə xalqının dini kimliyini məhv etməyə cəhd edir, digər tərəfdən də vəhabi şəbəkəsi yaranmış vəziyyətdən istifadə edərək təşkilatlanır və ölkənin əhli-sünnə əhalisini özünə cəzb edir. Belə ki, cəmiyyətinin çoxunu şiələr təşkil edən bir ölkədə şiələrin hərəkətləri vəhabilərin fəaliyyətləri qarşısında əsla, gözə dəymir”.
O, Azərbaycan Respublikası xalqının kimlik böhranı ilə üzləşdiyini izah edərək deyib: “Azərbaycan və İran xalqlarının ortaqlıqları Azərbaycanın dövlət rəsmilərinin dediyi kimi yalnız musiqi və Novruz mərasimləri ilə bitmir. Dindarların azad fəaliyyəti üçün şərait yaradılsa, onda İran və Azərbaycan xalqlarının müxtəlif sahələrdə otraqlıqları üzə çıxar”.
M. Nəzəri əlavə edib: “İran və Azərbaycanın ortaqlıqları bu ilin Ərbəin mərasimində Samirada nümayiş etdirildi”.
Natiq çıxışının davamında vurğulayıb: “Bəziləri Azərbaycan Respublikası və bu diyarın xalqı üçün tarix yazmaq və onun kimliyini dəyişdirmək ardıncadır. Bu ölkənin dövlət aparatında xalqın kimliyi onun islami olması ilə deyil, milliyyəti ilə ölçülür”.
Höccətül-islam Nəzəri Azərbaycanda təzadlı siyasətə də işarə edərək qeyd edib ki, Azərbaycan dövləti bir tərəfdən ölkədə İslam həmrəyliyi ili elan edir, digər tərəfdən də Eurovision müsabiqəsi və homoseksualların paradını təşkil edir.
Din alimi Ali Məqamlı Rəhbərin Azərbaycanın dövlət rəsmiləri ilə görüşündə vurğuladığı xalqın duyğularına arxalanmaq və müsəlmanların dini mərasimlərini keçirilməsindən narahat olmamaq kimi məsələlərə işarə edərək deyib: “Qarabağ, hərəkət və müqavimət üçün başdan-başa potensial anbarıdır. Şəhadət mədəniyyətini Qarabağda dəfn etmək olarmı? Xoşbəxtlikdən Hacı Əlikram kimi şəxsiyyətlərin vücudunun bərəkətindən bu ölkədə yalnız Quran və Əhli-beyti (ə) özünün hidayətçisi bilən, zindan, işkəncə və şəhadətdən qorxmayan xalis islamçılar nəsli formalaşdı”.
Höccətül-islam vəl-müslimin Nəzəri Qafqazın şiə məktəbi ilə əlaqəsinə və lənkəranilər, irəvanilər, badkubeyilər kimi alimləirinin məqamına işarə edərək deyib: “Kökü olmayan hər hansı bir hərakat çox asanlıqla məhv olacaq, ancaq təfəkkürə söykənən cərəyan asanlıqla aradan gedəsi deyil. Çünki öz köklərinə bağlılıq ona davam bəxş edəcək”.
Natiq çıxışının davamında Azərbaycan Respublikasını tarixi baxımdan hər bir dövrdə alimlərinin olması, imamzadələrin və dini müqəddəs məkanların mövcud olması ilə şiəliyə bağlı zəngin bir ölkə adlandıraraq deyib: “Arzum budur ki, qərb-sionist böyük fikir otaqları olan Yaxın Şərq əvəzinə İslamın zühur etdiyi Yaxın Şərq olsun və bu, Qüdsün, Fələstinin azadlığı, habelə İmam Xomeyninin (rh) vəsiyyət etdiyi İslam dünyasını azad etdikdən sonra dünya məzlumlarına kömək etmək üçün bir müqəddimə olsun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button