AktualArxivIslamXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Ermənilərin Xocalıda törətdiyi soyqırımı pisləyirik

Vəliyyi-fəqihin nümayəndəsi cümə namazı xütbələrində ermənilərin Qarabağda törətdiyi soyqırımı pisləyib və Qarabağın azad olunması üçün dua etdiklərini deyib.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi cümə namazı xütbələrində həftənin münasibətləri sırasında ermənilərin Xocalıda törətdiyi soyqırıma toxunaraq deyib: “Müasir dövrümüzdə bir neçə dəhşətli soyqırım törədilmişdir. O cümlədən Amerika və Avropanın dəstəyi ilə Myanmarda müsəlmanları qətliam etməsi, Fransanın Cənubi Afrikada törətdiyi qətliam, avropalıların Bosniya və Herseqovinada törətdiyi qətliam. Yenə Amerika və Avropanın dəstəyi ilə Fələstində 70 ildir ki, davam edən qətliam, habelə, Amerika və Avropanın dəstəyi ilə İraq, Suriya və Yəməndə baş verən qətliamlar”.
Ayətullah Amili vurğulayıb: “Çox təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı iki il müddətində Yəməndə dinc müsəlmanların başına iki milyon bomba tökmüşdür”.
Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi əlavə edib: “Ermənilərin Xocalıda törətdiyi soyqırım da qərbin dəstəyi ilə baş tutmuşdur. Biz bu soyqırımı pisləyirik və Qarabağın azadlığı üçün dua edirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button