ArxivIslamTarixXəbər lentiXəbərlər

Eldəniz Quliyev: Dövlət Xocalıda baş verənləri gizlətmək istəyirdi

Azərbaycanın Ziyalılar Formunun sədri Xocalıda baş verən faciənin gizli saxlanılmasına cəhdlərdən danışıb.
 Urmiyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş konfransda çıxış edən Eldəniz Quliyev deyib: “Xocalı soyqırımı baş verən gün Milli Məclisdə idim. Dövlətin kəşfiyyat sistemi Xocalıda baş verən hadisələri gizlətməyə çalışırdı və təkcə iki nəfərin öldüyünü bildirirdi. Ancaq jurnalistlərin və media əməkdaşlarının bu soyqırımı çəkərək göstərməsindən sonra artıq Xocalıda yaşanmış faciəni gizlətmək mümkün olmadı”.
Xocalı faciəsində öz müşahidə etdiklərindən söz açan Ziyalılar Formunun sədri deyib: “Hamilə qadını qarnını yırtaraq, onun övladını çıxarmaq kimi səhnələr hər bir insanın qəlbini ağrıdacaq bir cinayətdir”.
Azərbaycanlı kinodramaturq və yazıçı daha sonra deyib: “Qarabağda əsir düşmüş iki qızın saçlarından ağaca asıldığını öz gözümlə gördüm. Onlar işgəncələrin və saçlarının qopmasının ağrısından can vermişdilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button