ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər – FOTO

FaktXeber.com-un radiosarajevo-ya istinadla verdiyi məlumata görə, Kanadada bir qrup qadın İslamofobiyaya etiraz və müsəlman qadınlara dəstək üçün bir ay hicab taxacaqlarını bəyan edib. Bildirilir ki, Kanadada 2014-cü ildən bu yana keçirilən Dünya Hicab Günü (World Hijab Day) tədbiri Alberta ştatının Fort Mak Murrey şəhərində bu il fərqli maraq doğurub.


Tədbirin təşkilatçısı Kiran Malik Xan artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib.

Kiran Malik Xan

“Hicab dinin simvolu olduğu üçün onlara 30 gün boyunca yerinə yetirməli olduqları şərtləri də izah etdik. Baş örtüyünü niyə taxdığımız və digər məsələləri anlatdıq. Onların hamısı şərtləri yerinə yetirəcəklərinə söz verdilər”, – deyə o, bəyan edib.

Digər tərəfdən Fort MakMurrey şəhərində Dünya Hicab Günü çərçivəsində keçirilən aksiyada yüzlərlə qadın müsəlmanlara dəstək verib.

Bir çox xanımlara hicablar hədiyyə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button