ArxivXəbər lentiXəbərlər

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyi ruhani Şeyx Hacı Sərdar Hacıhəsənlinin Masallıda həbs olunmasını pisləyən bəyanat yaydı

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin mətbuat xidmətindən İslamazeri.az-a daxil olan məlumatda deyilir:

” Bu gün ölkəmizdə yenidən inanclıların, ruhanilərin həbs xəbəri təşkilat olaraq bizi sarsıtdı. İlk öncə qeyd etmək istəyirik ki, Şeyx Hacı Sərdar Hacıhəsənli (Babayev) nəinki cənub bölgəsi və Azərbaycan, ümumiyyətlə ölkəmizdən kənarda tanınan və nüfuz sahibi ilahiyyatçılardandır. Ümumiyyətlə müstəqilliq illərimizdən öncə Sovet dövründə əllə sayılan ruhanilərin yanında ilahiyyat təhsili almış, sonra (indi xaricdə təhsil alanların təbliğatı qadağan edilib) qadağan olunmayan bir dövrdə İran İslam Respublikasında Ali Ruhani təhsilinə yiyələnmişdir. Ölkəmizdə istər milli-mənəvi dəyərlər, istərsə də əxlaq və şəriətin təbliği ilə gənclərin narkomaniya, fəsad və cinayətə meyl etməsinin qarşısını almışdır. Masallıda uzun müddətdir ki, cümə namazlarını qıldıran və cümə imamı kimi tanınan Hacı Sərdarın birdən, guya hansısa qanunu pozması kimi elan etməsi və cinayət məsuliyyətinə cəlb etmək istəyinin arxasında sanki cəmiyyətə hələ qaranlıq məqamlar var. Sanki kimlərsə Sərdar Hacıhəsənlilə bağlı sadaladığımız bu və onlarla bu kimi fəaliyyətlərindən narahat olmuş, ölkəmizdə İslam həmrəyliyinin elan olunmasına baxmayaraq inanclıları, dindarları narahat edən qərarlara imza atmağa sövq etmişdir. Bu həbs istər dini kəsimi, istər hüquq müdafiəçilərini bir mənalı şəkildə narahat emtiş və bununla bağlı açıqlamalar verməkdədirlər.

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyi olaraq; Şeyx Hacı Sərdar Hacıhəsənlinin sırf namaza görə həbs edilməsini pisləyir və tezlikə bu düşünülməmiş qərarları ləğv etməyə çağırırıq. Diqqətinizə çatdırırıq ki, hicab qadağasına etiraz olaraq keçirilən aksiyalarda həbs olunanlar bu günə kimi istər ölkədə, istərsə də xaricdə “hicab məhbusu” adlandırılırlar, ruhaninin bu həbsi qətiləşərsə, Şeyx Hacı Sərdar Hacıhəsənli birmənalı olaraq hər kəs tərəfindən “namaza görə həbs olunan” sayılacaq və “namaz məhbusu” kimi qəbul ediləcəkdir. Həmçinin bu məsələnin İslam həmrəyliyi elan olunan bir yerdə baş verməsinə bu məsələni ortaya atanlar səbəb olmuş olacaqlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button