AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili Azərbaycan səfiriilə görüşdə: İran Azərbaycanın ən böyük xeyirxahıdır

Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi deyib: İran İslam Respublikası Azərbaycan Respublikasının ən böyük xeyirxahıdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili bu gün (22 fevral) axşamüstü Ərdəbildə Azərbaycan Respublikasının səfirini qəbul edib. İran və Azərbaycan arasında münasibətləri genişləndirilməyin zəruriliyini vurğulayan Ayətullah Amili deyib: “İran və Azərbaycan arasında münasibətlər genişlənməlidir və bu zəminədə aidiyyatı orqanlar öz səylərini əsirgəməməlidir. Çünki münasibətlərin genişlənməsi iki ölkə əlaqələrinin daha da möhkəmlənməsinə və yaxınlaşmasına kömək edə bilər”.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi İranı Azərbaycanın ən böyük və ən yaxın xeyirxahı adlandıraraq deyib: “İran İslam Respublikasının öz münasibətlərini İslam dininin prinsipləri əsasında qurduğundan məqsədi yalnız xeyirxahlıqdır. Sözsüz, bu münasibətlər hər iki ölkənin razılığını qazanacaq”.
Ərdəbilin imam cüməsi iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradan amillərlə ciddi qarşılaşmağın zəruriliyini bildirib.
Ayətullah Amili həmçinin deyib: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xüsusilədə Qarabağ müharibəsində İran Azərbaycana əsaslı dəstəklər verdi. Bu məsələ İranın Azərbaycanla həmrəylik və vəhdət nümayiş etdirməsinin kamil nümunəsidir”.
O vurğulayıb: “İran və Azərbaycan arasında ticarət və iqtisadi münasibətlərin genişlənməsi bir çox irəliləyişlərə və texnalogiyada nailiyyətlərinəldə edilməsinə səbəb olacaq. Ümid edirik ki, məsul şəxslərin əməkdaşlıqları və birgə fəaliyyətləriilə məntəqənin inkişafı istiqamətində məqsədimizə çata bilək və iki ölkə münasibətlərini daha da irəli apara və genişləndirə bilək”.


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button