Aktual

Alman qəzeti Əliyevi “neft diktatoru” adlandırdı

Avtoritar Əliyev klanı bu keçmiş sovet ölkəsinə demək olar ki, məhdudiyyətsiz yiyələnib. “WikiLeaks”in yaydığı məxfi teleqramlardan aydın oldu ki, ABŞ diplomatları çox zəngin olan Əliyev klanını “Xaç atası” filmindəki Karleone mafiyasıyla müqayisə edir. 

Almaniyanın ən tirajlı (3,5 milyon) qəzeti olan “Bild” Əliyevi “neft diktatoru” adlandırıb. Qəzet yazır ki, on ildir hakimiyyətdə olan avtoritar dövlət başçısı Ilham Əliyev Mərkəzi Seçki Komissiyasının məlumatına görə, budəfəki seçkidə 85 faiz səs alıb: “Səsvermə saxtakarlıqla müşayiət olunub”.

“Əliyev demokratiyaya imkan vermədi”, – deyə yazan müəllif İlham Əliyevin seçkidən dərhal sonra səsləndirdiyi bu fikrə yer verir: “Bu seçkinin azad, şəffaf keçirilməsi demokratiya yolunda daha bir vacib addımdır”. Alman jurnalist bu sitatı “Bakı despotunun fikirləri” kimi təqdim edir.

Məqalədə həmçinin Əliyevin 2009-cu ildə Konstitusiyaya dəyişiklik edərək, bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağanı aradan qaldırdığını yada salır. Qeyd edir ki, Əliyevlər klanı 20 ildir ki, bu ölkəyə rəhbərlik edir. Ilham Əliyevə qədər onun atası – keçmiş KQB rəhbəri Heydər Əliyev on il ölkəni idarə edib.

“Bild” Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini İlham Əliyevin əsas rəqibi kimi təqdim edərək, onun fikirlərinə də yer verib. Cəmil Həsənli seçki saxtakarlıqlarından danışıb. Bildirib ki, İlham Əliyevə səs toplamaq üçün adamları avtobuslara dolduraraq, onları məntəqələri gəzdiriblər. Nəticədə eyni şəxslər bir neçə məntəqədə səs veriblər. Müşahidəçilərin fəaliyyətinə imkan verilməyib.

Əliyevin seçki kampaniyası aparmadığı, debatlara gəlmədiyi, Həsənlinin mitinqlərinə isə minlərlə adamın toplaşdığı haqda fikirlər də məqalədə öz əksini tapıb.

Qeyd olunub ki, Cəmil Həsənlinin mediaya çıxışı çox məhdud olub. Çünki demək olar ki, bütün media Əliyevin nəzarətindədir.

Müəllif daha sonra yazır: “Beynəlxalq hüquq-müdafiə təşkilatları seçki öncəsi müxalifətə qarşı kütləvi repressiyalarla əlaqədar Azərbaycan hökumətini tənqid edirdi. ”Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı vaxtaşırı bu ölkədəki çoxsaylı həbslər barədə xəbər verir.

Avtoritar Əliyev klanı bu keçmiş sovet ölkəsinə demək olar ki, məhdudiyyətsiz yiyələnib. “WikiLeaks”in yaydığı məxfi teleqramlardan aydın oldu ki, ABŞ diplomatları çox zəngin olan Əliyev klanını “Xaç atası” filmindəki Karleone mafiyasıyla müqayisə edir.

Bu ölkədə hökumətin milyonlarla dollarlıq müqavilələr bağladığı şirkətlər adətən Əliyev klanına məxsus şirkətlər olur”.

ABNA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button