ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında İran məhsullarının satışı mağazaları rəğbətlə qarşılanır

Azərbaycan Respublikasında ərzaq məhsulları və digər İran məhsullarının satışı mağazalarının rəğbətlə qarşılanması xas bir rövnəqə malikdir.

Azərbaycan Respublikasının müxtəlif məntəqələrində pərakəndə surətdə İran məhsullarını təqdim edən əksər mağazalardan əlavə, Bakının Nizami Gəncəvi küçəsində “İran Nemətləri” adlı mağazalar nəzəri cəlb edir. Əhalinin bu mağazaları rəğbətlə qarşılamaları da diqqətəlayiqdir.

Bəzilərinin 20 illik keçmişə malik olduqları bu mağazalarda sırf İran malları təqdim olunur və onlarda ərzaq məhsullarından tutmuş yuyucu tozlar, ədviyyatlar və digər mallara qədər hər bir məhsulu tapmaq olar.

Məhsulların keyfiyyəti, çeşidliliyi, eləcə də İranın düyü, zəfəran və xurma kimi dillər əzbəri olan bəzi ərzaq məhsulları həmin mağazaların bazarının rövnəq tapmasına səbəb olubdur. Belə ki, Azərbaycan Respublikasının daimi müştərilərindən əlavə, turistlər və Bakıda yaşayan digər ölkələrin vətəndaşları da alqı üçün bu mağazalara müraciət edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button