ArxivXəbər lentiXəbərlər

Vəkil: “Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib”

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, ruhani Şeyx Sərdar Hacıhəsənli (Babayev) bu gün səhər saat 10 radələrində saxlanılıb. Ruhaninin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair facebook səhifəsində açıqlama yayıb. O bildirib ki, Sərdar Babayev barəsində Masallı rayon Məhkəməsinin bu günkü qərarı ilə həbs qətimkan tədbiri seçilib, amma hansı müddətə olmasını bilmir: “Ona elan olunan ittiham: Cinayət Məcəlləsinin 168-1.1. maddəsi İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasıdır.
1) Sərdar Babayev Azərbaycanda dini təhsil alması ilə bağlı istintaq orqanında məlumat vardır;
2) Maddənin özü Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvenisyasına ziddir;
3) bu cinayət az-ağır cinayətlər kateqoriyasına aiddir;
4) Sərdar Babayev dəfələrlə istintaq orqanının çağırışlarına könüllü olaraq gəlibdir.
Hökümət rəsmilərindən xahiş edirəm bu qanunsuzluğun aradan qaldırılması üçün müdaxilə edilsin və Sərdar Babayev həbsdən azad edilsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button