ArxivIslamXəbər lentiXəbərlər

“Şeyx Sərdar Hacıhəsənliyə qarşı baş verənlər qəbul edilməzdir” – Hacı İlham Əliyev

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-da saxlanılıb.
Şeyx Sərdara qarşı Cinayet Məcəlləsinin 168-1.3 maddesi ilə ittiham irəli sürülüb. Hazırda ruhaninin Masallı rayon prokurorluğuna aparılıb.

İslaminSesi xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirib ki, Sərdar Hacıhəsənliyə qarşı baş verənlər qəbul edilməzdir.

Hacı Şeyx Sərdar Hacıhəsənlinin polis tərəfindən saxlanılması və məlum maddə ilə ittiham olunmasının qəbul edilməz olduğunu söyləyən Hacı İlham Əliyev, “Şeyx Sərdar, bölgənin tanınmış və nüfuzlu din xadimi olmuş mərhum Bəylər əminin ləyaqətli və nüfuzlu tələbələrindəndir”, – deyə bildirib.

AİP-in sədr əvəzi onu da qeyd edib ki, Şeyx Sərdar xaricə getməzdən öncə də müqəddəs İslam dininin təbliğiylə məşğul olub: “Biz bu ittihamı qeyrisəmimi qəbul edir və məhkum edirik.

Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.

Əldə etdiyimiz son məlumata görə Şeyx Sərdarı Masallı rayon məhkəməsinə aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button